Robin Rayt Ukraynaya dəstək videosu çəkib
Ceyhun Bayramov Yerusəlimdə Eli Kohenlə görüşür
Zelenski Çin liderini Ukraynaya dəvət edib
Quru sərhədlər açılır
Fazil Mustafanın səhhəti normaldır
Bakıda kafeyə silahlı basqın olub
Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?


18.03.2023  12:21 

Rüşvət alan generallar ev dustaqlığına buraxıldılar





A+  A-

Dövlət Gömrük Komitəsinn (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov və DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

XəzərNews.az xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, Məsum Rəsulov və Etiram Xəlilov azadlığa buraxılıblar.

Qeyd edək ki, bu il yanvarın 5-də Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsasnda onların həbs müddəti 3 ay uzadılmışdı.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurdular.

O da maraqlıdır ki, onların azadlığa buraxılması sabiq DGK şefi Səfər Mehdiyevin ad günü ilə eyni vaxta təsadüf edib. Maraqlıdır, bu olay generalın öz ad gününə sürprizi sayıla bilərmi?

Xəbər 189 dəfə oxunub.




29.03.2023  10:04 

Quru sərhədlər açılır

28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +