Robin Rayt Ukraynaya dəstək videosu çəkib
Ceyhun Bayramov Yerusəlimdə Eli Kohenlə görüşür
Zelenski Çin liderini Ukraynaya dəvət edib
Quru sərhədlər açılır
Fazil Mustafanın səhhəti normaldır
Bakıda kafeyə silahlı basqın olub
Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?


17.03.2023  15:20 

Hər gün onlarla restoran cərimələnir... - Səbəb?





A+  A-

İctimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

XəzərNews.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Sarı gəlin", "Hissa", "Sərin Saray", "Monte Karlo", "Grand Opera", "Neptun", Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean”, Gəncə şəhərində “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Xidmət ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Xəbər 194 dəfə oxunub.




29.03.2023  10:04 

Quru sərhədlər açılır

28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +