Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


17.03.2023  11:02 

MEDİA niyə susur?.. - Jurnalistlər bir araya gəldi





A+  A-

Prezident İlham Əliyevin 19 iyul 2017-ci il tarixli müvafiq sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 3-cü bina ətrafında süni şəkildə yaradılmış qeyri-müəyyənliyi müzakirə etmək üçün dünən jurnalistlər növbəti dəfə bir araya gəliblər.

XəzərNews.az xəbər verir ki, jurnalistlər son günlərdə mediada yayılmış informasiyalar, xüsusilə də Meydan TV-də yayılan MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun jurnalistlərin 3-cü binasının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etməsinə dair məlumat barəsində fikirlərini bölüşdülər.

Müzakirələrin gedişində vurğulanıb ki, üzərindən bir həftəyə yaxın müddət keçsə də, MEDİA-nın bu informasiyaya hər hansı formada münasibət bildirməməsi ortadakı qeyri-müəyyənliyi daha da artırıb. Bir sıra media orqanları MEDİA-ya rəsmi sorğu ilə müraciət etsə də, qurum həmin sorğulara hələ də cavab verilməyib. MEDİA rəhbərliyi bununla “Media haqqında” qanunun 17.3 maddəsinin tələblərini kobud surətdə pozur. Qanunun həmin maddəsində göstərilir: “İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir”.

Toplantı zamanı bu müddət ərzində görülən işlər barədə də məlumatlar paylaşılıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət etdiyi xatırladıldı. Jurnalistlər həmin mənzillərin bu il media əməkdaşlarına verilməsinin mümkünlüyü haqda fikirlərini bölüşüblər.

Təklif olunub ki, həmin mənzillərin bölüşdürülməsi ilə bağlı kriteriyaların müəyyən edilməsi və sənədlərin qəbulu üzrə işlər Mətbuat Şurasına həvalə edilsə, daha məqsədəuyğun olar. Bunlardan əlavə, məsələ ilə əlaqədar jurnalistlərin Milli Məclisin deputatları ilə dəstək xarakterli görüş keçirmələrinə yönəlik təşəbbüs də bəyənilib.

İştirakçılar müzakirələrin yekununda jurnalistlərin 3-cü binası ətrafında süni şəkildə yaradılmış müəmma və problemlərin aradan qaldırılacağaına və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı Sərəncamın nəhayət icra olunacağına ümidlərini ifadə etdilər.

Xəbər 548 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +