Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.03.2023  16:16 

“Aşkar və ya gizli erməni sevgisi var”





A+  A-

“Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı fikir bildirəndə, yaxud hesabat hazırlayanda xeyli həmvətənimiz narahatlıq keçirir. Başlayırlar belə fikir söyləyənləri və ya hesabat hazırlayanları qınamağa və ya öz səviyyəsinə uyğun söyüb təhqir etməyə”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə hüquqşünas Sahib Məmmədov çıxış edib.

S.Məmmədov bildirib ki, bunun əslində bir neçə səbəbi var:

“Biri barədə bir neçə gün əvvəl yazmışdım. Aşkar və ya gizli (instinktiv) erməni sevgisi, başaq səbəb isə onların erməni və ya ermənini dəstəkləyən şəbəklərə donorlara bağlı olması və nəhayət hakimiyyətə olan nifrət. Əsində sonuncu səbəb də absurddur. Çünki Ermənistanda mövcud hakimiyyətə nə qədər böyük nifrət olsa belə onlar Azərbaycanı hansısa müsbət məsələdə Ermənistandan üstün olmasını etiraf etməyəcəklər.

Məsələn mən həm Azərbaycanla, həm də Ermənistanla bağlı hesabatlar hazırlayıram. Ermənistanla bağlı nə hazırlasam beynəlxalq təşkilatların hesabatlarına istinad verirəm. Yəni Ermənistanda insan hüquqları bu regionda olan digər ölkələrin hamısından nəinki az pozulmur, hətta daha çox pozulur. Başqa məsələdir ki, onlar bunu yaxşı maskalaya bilir və müxtəlif güclərin maraqlarına uyğun oyanayırlar deyə qabardan azdır”.

Xəbər 2504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +