Zelenski Çin liderini Ukraynaya dəvət edib
Quru sərhədlər açılır
Fazil Mustafanın səhhəti normaldır
Bakıda kafeyə silahlı basqın olub
Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?
“Biz mühüm tədbirlərə hazırlaşırıq“ - Zelenski
“Biz istədiyimizə nail oluruq və olacağıq“ - Prezident


14.03.2023  09:00 

Qafqazın inciləri... - Foto/Video





A+  A-

İnqa Qocayeva: ”Rəqs təkcə məni yaşatmır, o, həm də mənim bir iç dünyamdır”

Rəqs janrlarının hər biri özünəməxsus xüsusiyyətlə dünyadakı ən məşhur bədii ifadə üsullarından olan təzahürlər və formalardır.

Digər sənətlər kimi, rəqs də tarixlə inkişaf etmiş, insan onu cəmiyyətdə mədəni və daha çox həyatın vacib bir hissəsinə çevirmişdir. Rəqsin 9000 ildən çox əvvəl ibtidai cəmiyyətlərdə ritual bir təzahür kimi doğulduğu təxmin edilir.

Rəqs, simvolik və estetik niyyətli bədən hərəkətləri məcmusu olaraq, onu meydana gətirən müxtəlif elementlərə görə təsnif edilə bilər: ritm, xoreoqrafiya, musiqiləşdirmə, mənşə yeri, inkişaf etdiyi tarixi məqam və s.



Çoxları rəqsi insanın ruhu da sayır. Yəni insan rəqs etməklə həm xoş əhval ruhiyyəyə nail olur, həm də bədənini gümrahlaşdırır. İncəsənətin bu qədim növünü yaşadan insanlar isə ən xoş sözlərə layiqdirlər. Belə şəxslərdən biri də İnqa Qocayaevadır.

Onlarla, yüzlərlə tələbə yetişdirən İ.Qocayeva balaca fidanlara Qafqazın inciləri kimi baxır.

”Rəqs təkcə məni yaşatmır, o, həm də mənim bir iç dünyamdır. Bu sahədə balacalarla işləmək çətin olsa da, çox qürurvericidir. Heç şübhəsiz, tələbələrimlə qürur duyuram.



Onlar təkcə mənim həyatımın deyil, cəmiyyətin zövqlü bir zümrəsidir. Mən uşaqlarıma, onların valideynlərinə, bu işdə bizə yardımçı olan hər kəsə dərin təşəkkürümü bildirirəm” deyən İnqa xanım tələbələrinə Azərbaycan, Qafqaz və dünya xalqlarının rəqslərini öyrətdiyini bildirir:

“Balacaların bəziləri məşqlərə yeni başlayıb. Əlbəttə, belə uşaqlarla işləmək çətin olsa da, zamanla hər şey yerinə düşür. İşlədiyim uşaqların hər biri ayrı-ayrılıqda bir istedaddır. Məncə, bu istedadlardan maksimum istifadə etmək lazımdır. Sabah onların hər biri doğma Azərbaycanımızı müxtəlif arenalarda təmsil etməyə, üçrəngli bayrağımızı göylərə ucaltmağa layiq olacaqlar. Onlara bu işdə də indidən uğurlar arzulayıram.
Mən həm də dünyanın ən xoşbəxt müəlliməsiyəm. Və bunu çox qürurla deyirəm. Çünki bu balalar başqa bir balalardır. Mənim xoşbəxt olmağıma səbəb də elə mənim bu gözəl balalrımdır.”





Ədalət Əliyev

Xəbər 301 dəfə oxunub.



29.03.2023  10:04 

Quru sərhədlər açılır

28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +