İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


12.03.2023  09:51 

Gəlin ritorikanı və taktikanı dəyişək...





A+  A-

İran-Ermənistan-Rusiya "trio"su bu gün də Azərbaycana qarşı düşmənçiliyin yeni səhifələrini çevirməyə davam etdi. Eyni gündə həm Rusiyanın, həm də İranın Ermənistan və separatçı ermənilər üzərindən iki təxribatına şahidlik etdik.

İranın hərbi təyyarəsi sərhədlərimiz üzərindən uçmaqla bizə "əzələ" nümayiş etdirməyə çalışdı. Rusiyanın dırnaqarası "sülhməramlı"larının təşkilatçılığı və müşayiətilə isə Xəlfəli-Turşu torpaq yolu ilə Ermənistandan Xankəndiyə növbəti dəfə silah-sursatın daşınması həyata keçirildi.

Bu iki imperialist dövlət Azərbaycana münasibətdə həmişə sinxron hərəkət edib, indi də oxşar mənzərəni müşahidə edirik. Həm Moskva, həm də Tehran həlledici məqamlarda bir-birilə əlaqəli, razılaşdırılmış siyasət yürüdür.

Kremlin Qarabağdakı separatçı ermənilərə hərtərəfli dəstəyindən ruhlanan İranın fars-molla rejimi bu gün lap ağını çıxardı, sərhədimizə hərbi təyyarə göndərdi, Zəngilan-Biləsuvar istiqamətində sərhədlərimiz üzərindən uçuş həyata keçirməklə təxribat törətdi.

Bu görünməmiş bir həyasızlıqdır.

44 günlük müharibədən sonra Azərbaycana qarşı əsl simasını ortaya qoyan İranın təxribatlarının, təzyiqlərinin forması və məzmunu getdikcə daha da kəskinləşir.
Mollalar 2000-ci illərin əvvəlində də eynilə bu tərzdə davranmış, hava və dəniz sərhədlərimizi pozaraq cızıqlarından çıxmışdılar. Lakin həmin vaxt qardaş Türkiyənin hərbi-hava eskadrilyası Bakı səmasında görünən kimi Tehran mollaları reallıq hissinə qayıtdılar və tez özlərini yığışdırdılar.

Aradan təxminən 23 il keçəndən sonra İranın yenidən təkrarlanan eyni azğınlığına bəs bu dəfə necə reaksiya verəcəyik və yaxud, necə reaksiya verməliyik?

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanat yayması və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin XİN-ə çağırılaraq ona müvafiq etiraz notasının təqdim olunması hələlik ilkin addım kimi tamamilə adekvat reaksiyadır.

Lakin bu addımımızın bir neçə istiqamətdə davamı gəlməlidir. Bununla bağlı bir çox ekspertlərimiz artıq öz fikirlərini söyləyib və mümkün cavab tədbirlərimiz barədə təkliflərini sosial şəbəkələrdə, mətbuatda bölüşüblər. Ona görə də təkrarçılığa yol vermək istəmirəm.

Mən diqqətinizi tamam fərqli bir məqama yönəltmək istəyirəm. Gün-gündən həyasızlaşan molla rejimini cilovlamağın, dayandırmağın bir yolu da siyasətimizi və ritorikamızı dəyişməyimizdən keçir.

Belə ki, Azərbaycan 44 günlük müharibədən öncəki dönəmdə konkret olaraq İrana münasibətdə yürütdüyü ənənəvi mehriban qonşuluq, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə artıq son qoymalıdır. Çünki bu siyasət artıq işləmir və yaxud da ki, əks-nəticə verir. İran bu siyasətimizə qarşı namərd davranış sərgiləyir.

Biz həmçinin "başqa ölkələrin daxili işlərinə qarışmamaq və öz ərazimizdən başqa dövlətlərə qarşı istifadəyə imkan verməmək" doktrinamıza da dəyişiklik etməliyik. Çünki molla rejimi bu yaxşılığımızı da qanmır və nankorcasına davranır.

Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədovun bu günlərdə "The Jerusalem Post"a açıqlamasında İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycanın ərazisindən havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcəyini və İsrailə yardım etmək üçün aerodrom hazırlanmayacağını bəyan etməsi ölkəmizin sülhpərvərliyini göstərsə də, lakin mollalar Azərbaycanın bu yaxşılığını da başa düşmək istəmədilər.

Onlar bizim bu cür sülhpərvər mövqe nümayiş etdirməyimizdən sui-istifadə edirlər.
Odur ki, biz həm ritorikamızı, həm də taktikamızı dəyişməliyik. Bundan sonra istər XİN-in başçısı Ceyhun Bayramov, istərsə də İsraildəki səfirimiz İranın bu cür mənfur davranışlarına cavab olaraq açıq şəkildə bəyan etməlidirlər ki, bizim qədirbilməz və ermənipərəst cənub qonşumuza qarşı axıra qədər sülhpərvər mövqedən çıxış etmək fikrimiz yoxdur, artıq səbr limitimiz tükənib və bundan sonra yeri gələrsə, ehtiyac duyulduğu təqdirdə öz ərazimizdən başqa dövlətlərə (konkret olaraq İrana) qarşı istifadəyə imkan verəcəyik.

Bir sözlə, hava sərhədlərimizin üzərində hərbi təyyarəsi ilə təxribat törədən, sərhədlərimiz boyunca hərbi təlim keçirən, Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olan, Ermənistan sərhədlərinin toxunulmazlığını özünün "qırmızı xətt"i elan edən, SEPAH generallarının vasitəsilə Azərbaycanı vaxtaşırı hədələyən və ən nəhayət, Nizami Gəncəvini də misli görünməmiş həyasızlıqla "fars şairi" elan edən İran "İslam" Respublikası bizim tərəfimizdən xoşməramlı, səmimi qonşuluq siyasətinin yürüdülməsini haqq etmir.

Əgər İsrailin keçmiş baş naziri Ehud Olmert heç kimdən çəkinmədən “Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq” deyərək bizə qarşı dəstək nümayiş etdirirsə, biz də "İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycanın ərazisindən havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verəcəyik" tipində bəyanatlar verməklə Tehran rejiminə həddini bildirməli, yerini göstərməliyik. Çünki Ermənistan kimi İran da yalnız bu dildən anlayır.

İran bizim tərs üzümüzü və tərs şilləmizi görməsə dincələn deyil. Mən əminəm ki, Tehran mollaları ritorikamızın dəyişdiyini hiss edən kimi öz hərəkətlərinə çəki-düzən verəcəklər.

Bəybala Mirzəyev
/Ardı var/


Xəbər 670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +