Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


28.02.2023  19:24 

Ukrayna Ali Radasının deputatları Milli Məclisdə - Foto





A+  A-

Bakıda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlament dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

XəzərNews.az xəbər verir ki, qonaqlar Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Daha sonra qonaqlar Milli Məclisin sədr müavini Fəzail İbrahimli ilə keçirilən görüş zamanı iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün atllacaq addımlar, Ukraynadakı mövcud vəziyyət kimi məsələlər müzakirə ediblər.

Hər iki ölkənin rəhbərliyinə qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə etdiklərinə görə minnətdarlıq ifadə olunub.

Görüşdə Milli Məclis üzvləri Rüfət Quliyev, Tahir Mirkişili, Cavanşir Feyziyev, Cavid Osmanov, Naqif Həmzəyev iştirak ediblər.

Ukrayna Ali Radasnın Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət münayəndə heyəti növbəti görüşünü Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun üzvlərilə keçirib.

Həmin görüşdə iki ölkəni dostluq qrupunun fəaliyyətinə dair cari məsələlər müzakirə olunub.

Xatırladaq ki, dünən Ukrayna nümayəndə heyəti Azərbaycan Xarici İşlər, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərində görüş keçirmişdi.















Xəbər 2812 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +