Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.02.2023  11:39 

“Qanuni oğru“ Rəşad Gəncinski həbs edildi





A+  A-

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

XəzərNews.az "Unikal"a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

İş "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlılar Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlindən gedir. Bu, 2009-cu il mayın 15-də baş verib. Hücumçular qurbanları BMW X5 markalı avtomobildə TT tapançası və Kalaşnikov avtomatından güllələyiblər.

İttihamda deyilir ki, hücuma Moskvanın meyvə-tərəvəz bazarı səbəb olub.

Xəbər 6069 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +