Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ


26.02.2023  21:40 

Azərbaycan Bütövlük Platforması Xocalı ilə bağlı Dəyirmi masa keçirdi - Foto





A+  A-

Azərbaycan Bütövlük Platforması Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş Dəyirmi masa keçirib. Tədbir şəhidlərimizin ruhuna sayğı duruşu və dövlət himninin səslənməsi ilə başlayıb.

XəzərNews.az xəbər verir ki, tədbiri ABP sədri Bəhram İsmayıl açıb və Xocalı soyqırımı barədə ümumi məlumat verib.

"Pressklub"un aparıcısı Kamran Həsənli tədbirdə geniş məruzə ilə çıxış edib. K.Həsənli Xocalı soyqırımını daha çox hərbi faciə kimi səciyyələndirib. Baş verən soyqırımda Rusiyanın rolunu xüsusi qeyd edən K.Həsənli soyqırımdan içimizə qapanmayaraq daha ciddi nəticələr çıxarmalı olduğumuzun vacibliyini diqqətə çatdırıb.

"Xocalı İctimai Birliyi"nin sədri Səriyyə Müslümqızı isə soyqırımında Rusiyanın, xüsusən də 366-cı alayın 51 zabit və gizirinin iştirakından danışıb. Hadisələrin birbaşa iştirakçısı olduğunu bildirən S.Müslümqızı baş verən soyqırımın detallarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

"Türküstan" saytının baş redaktoru Aqil Camal baş verən soyqırımda erməni faktorunun kiçildilməsinin zərərli tendensiya olduğunu vurğulayıb və bu faciəni erməniliyə qarşı ideoloji savaşda çox ciddi faktor adlandırıb. A.Camal istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı zaman- zaman yersiz və haqsız idialarda olan ermənilərin rusların arxasında gizləndiklərini vurğulayıb.

AXP sədri Pənah Hüseyn Xocalı soyqırımına həsr olunan dövlət tədbirlərinin 44 günlük savaşdan sonra da Bakıda keçirilməsindən təəssüfünü bildirib. P.Hüseyn Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməli olduğunun zəruriyilindən danışıb.

Tədbirdə çıxış edən DDP sədri Əli Mustafa, Milli İstiqlal Partiyasından Vidadi Bəşirov, tarixçi-alim, ABP İH-nin üzvü Gülşən Məmmədoğlu, TQTK sədri İbrahim Xəlil Balayoğulları və başqaları Xocalı soyqırımından çıxarmalı olduğumuz nəticələr haqqında danışıblar.

Tədbirdə ABP adından bir sıra təkliflərin hazırlanıb hökümətə təklif edilməsi ilə bağlı qərar qəbul olunub.









Xəbər 3157 dəfə oxunub.



30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı


BÜTÜN XƏBƏRLƏR +