Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.02.2023  09:56 

Narkotiklə məşğul olan iki nəfər saxlanılıb





A+  A-

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Vüsal İmaməliyev saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir büküm heroin aşkar edilib.

Dindirilmə zamanı V.İmaməliyev narkotik maddəni tanışı Röyal adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini Röyal Əhmədov da saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsdən isə təmiz çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, V.İmaməliyev və R.Əhmədov bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıblar.

Xəbər 2640 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +