Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


17.02.2023  11:55 

“Qarabağ” - “Gent”: Kim necə oynadı?





A+  A-

Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Gent” qarşılaşması iki fərqli hissəlik mübarizə mənzərəsi yaratdı. İlk 45 dəqiqədə oyun əsasən orta sahədə cərəyan etdi və qonaqların nəzarətində keçdi.

Fasilədən sonra “Qarabağ” meydan sahibi olduğunu hiss etdirdi. Ramil Şeydayev penaltidən yararlana bilməsə də, Ağdam təmsilçisi sonda 1:0 hesablı qələbə qazanmağı bacardı. Halbuki, ikinci yarıdakı performans və ələ düşən imkanlar fərqin daha böyük olmasına zəmin yaradırdı.

“Qarabağ” hər zaman kollektiv oyunu ilə seçilən, Avropada da məhz bu xüsusiyyətinə görə hörmət göstərilən komandadı. Bəs oyunçular fərdi cəhətdən necə təsir bağışladılar?

Matc.az saytı futbolçuların fərdi olaraq tək-tək dəyərləndirməsini təqdim edir:

Luka Quqeşaşvili - Bu oyunla bağlı ən çox narahatlıq doğuran mövqe qapı xətti idi. Qurban Qurbanov yekunda seçimini gürcüstanlı qapıçının xeyrinə etmişdi. Quqeşaşvilinin çıxışlarda səhvsiz oynaması dəqiqələr keçdikcə onda özünəinamı daha da artırdı. Düzdü, belçikalılar onu əziyyətə salmadılar. Çünki 90 dəqiqə ərzində bir dəfə də olsun “çərçivə”yə ünvanlanan təhlükəli zərbə olmadı. Ancaq yenə də qapıçı cərimə meydançasındakı hakimiyyəti ilə güvən verdi.

Bədavi Hüseynov - Elvin Cəfərquliyev sol cinahdan tez-tez hücuma çıxdığı üçün Bədavi öz işini görməklə yanaşı, onu da sığortalamalı olurdu. Bəzi hallarda məcburiyyətdən sola meyllənməsi müdafiənin mərkəzində boşluqlara səbəb olurdu.

Bəhlul Mustafazadə - Bədavinin iki işi birdən görməsi tərəf müqabili Bəhlulun da yükünü ağırlaşdırırdı. Bəhlul bəzi anlarda mərkəzdə tək qalırdı. Buna baxmayaraq, işinin öhdəsindən layiqincə gəlməyi bacardı. “Gent”in istər yerlə, istərsə də hava ilə ötürmələrinin bir çoxunda rəqibin həmlələrini yarımçıq kəsməyi bacardı.

Elvin Cəfərquliyev - Onun fəallığı sayəsində komanda əsasən sol cinahdan hücumlar qururdu. Çünki hücumlara sürətli çıxır, Abdullah Zubirin rahat oynamasına şərait yaradırdı. Amma digər tərəfdən “Gent”in əks həmlələri zamanı vaxtında geri qayıda bilmirdi. Bu da rəqibin həmin cinahdan daha kəsərli hücumlar qurmasına səbəb olurdu.

Marko Veşoviç – Birinci hissədə çox gözə dəymədi. Buna səbəb rəqibin daha çox əks cinahdan hücumlar qurması idi. Eyni zamanda Veşoviç özü də hücumlara fəal çıxmırdı. Ancaq müdafiə planında səhvsiz çıxış etdi. Bir neçə dəfə rəqibin hücumunu “kəsdi”. Hətta matçın əvvəlində qola da mane oldu.

Julio Romao – Dayaq yarımmüdafiəçisi mövqeyində yaxşı təsir bağışladı. Düzgün yer seçimi sayəsində rəqibin hücumları zamanı müdafiə xəttinə çox köməyi dəydi. Topu ayağında saxlamaqla geridən hücumların başlamasında da fəal iştirak etdi.

Marko Yankoviç – Müdafiə ilə hücum arasında körpü rolunu oynamalı idi. Komandanın hücumlarında iştirak eləməyə çalışırdı. Ancaq etiraf edək ki, ilk yarıda bu, onda alınmırdı. İkinci hissədə isə meydanda tam fərqli Yankoviç izlədik. Bu oyununu qol ötürməsi ilə bəzədi.

Leandro Andrade – Əslində, Andrade o qədər də fəal nəzərə çarpmırdı. Xüsusən də, ilk 45 dəqiqəni onun passivinə yazmaq olar. “Gent”in orta sahəni ələ keçirməsində onun zəif oyunu da təsir edirdi. Ancaq ikinci hissədə Andrade də nəyə qadir olduğunu meydanda sərgiləməyi bacardı. Yarımmüdafiədəki driblinqləri, hücuma sürətli çıxması sayəsində topun komandamızda qalmasına və kəsərli hücumlar qurmasına yardımçı oldu. Əvəzlənməzdən bir dəqiqə əvvəl isə vurduğu qolla qarşılaşmanın qəhrəmanına çevrildi.

Abdullah Zubir – Fransalı yarımmüdafiəçi həmişəki kimi, öz ampluasında idi. Xüsusən də, ön xətdəki komanda yoldaşları arasında ilk yarını əla keçirən yeganə oyunçu idi. Şübhəsiz, “Gent” üçün ən təhlükəli simaya çevrilmişdi. Topla davranışı göz oxşayırdı. Driblinqlərlə rəqibin cərimə meydanına bir neçə dəfə asanlıqla girsə də, son ötürmələri ünvana çatmırdı.

Ramil Şeydayev – Meydanda yenə yorulmadan qaçan, tez-tez geriyə də çəkilərək müdafiəyə kömək edən Şeydayev izlədik. Ancaq bundan artığını görmədik. Düzdü, arxasındakı Marko Veşoviçə çox köməyi dəydi. Di gəl ki, hücum planında gözlənilən effekti vermədi. Bu azmış kimi, fasilədən sonra penaltini də dəyərləndirə bilmədi.

Musa Qurbanlı – Dünən onun günü deyildi. Gənc forvard start heyətində yer alsa da, ümumi ansambldan uzaq qalırdı. O, ilk yarıda onsuz da, tam performansını göstərməyən “Qarabağ”ın ən zəiflərindən biri idi. Hücumda çox gözə dəymir, müdafiəçilərin arasında itirdi. Təsadüfi deyil ki, məşqçilər korpusu öncə məhz Qurbanlını əvəzlədi.

Adama Diakabi – Son 25 dəqiqədə Musanın yerinə meydanda olan fransalının hələ formadan uzaq olduğu aşkar görünürdü. Ancaq formaya düşdükdən sonra “Qarabağ”ın gücünə güc qatacağının da siqnallarını verdi.

Redon Cica – Albaniyalı az oynasa da, hücumda Ramil və Musadan daha effektli göründü. “Qarabağ”ın heyətində ilk avrokubok matçında qol da vurmağa yaxın oldu. Ancaq qapı tiri sevinməyinə imkan vermədi. Buna baxmayaraq, Cicanın çıxışı gələcəyə ümid saçdı.

Yassin Benzia – Diakabi və Cicaya deyilən sözlər Benziaya da şamil olunur. Onun da səviyyəsi dərhal hiss olunurdu. Ancaq oyun praktikasının azlığı tam gücü ilə çıxış etməsinə hələlik imkan vermir.

Riçard Almeyda – Millimizin üzvü barədə hər hansı fikir bildirmək çətindi. Çünki yalnız əlavə olunmuş 8 dəqiqəni meydanda keçirdi. Ancaq həmin anlarda da rəqibin topa yiyələnərək hücuma çıxmasının qarşısının alınmasında müstəsna rol oynadı.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.

XƏYAL

Xəbər 818 dəfə oxunub.



18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +