Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.02.2023  11:30 

Deputat təyyarə biletlərində tələbələrə güzəşt olunmasını təklif edib





A+  A-

Türkiyədə baş verən hadisə bir daha göstərdi ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən bu gün tələbələrimiz ölkəyə qayıtmaqda çətinliklər çəkirlər.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

O, tələbələrə güzəşt edilməsini təklif edib: “Məhz bu səbəbdən çoxlu sayda tələbə qış tətilini ölkəmizdə deyil, məhz təhsil aldıqları ölkələrdə keçirirlər. Digər bir məsələ Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər. Eyni zamanda tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədləri ilə səfərlərdə müəyyən güzəştlərin tətbiqi məsələsinə baxılmasına ehtiyac var. Onsuz da bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb müvafiq qurumlara təklif təqdim etməlidirlər. Bu vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək”./Modern.az

Xəbər 2678 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +