Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.02.2023  11:12 

Paşinyan Vardanyanı vəzifədən çıxarması üçün Arutyunyana təzyiq göstərir?





A+  A-

Azatutyun yazır ki, Qarabağ separatçılarının “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan “konstitusiyaya” böyük dəyişikliklər təklif etməklə öz istefası barədə şayiələri daha da qızışdırıb.

Fevralın 13-də açıqlanmış dəyişikliklər layihəsinə uyğun olaraq Arutyunyanın istefa verəcəyi təqdirdə “Qarabağ parlamentinə” keçid prezidentin seçilməsi səlahiyyəti verilməlidir.

Bu da qeyd olunur ki, Arutyunyan “prezidentlik” müddətinin sonunadək, yəni 2025-ci ilədək öz postunda qalmalıdır.

Qarabağ separatçılarının hazırkı “konstitusiyasına” görə Arutyunyanın istefası parlamentin avtomatik buraxılması və yeni seçkinin keçirilməsi ilə nəticələnməlidir.

Azatutyun yazır ki, yerli siyasətçilərin əksəriyyəti belə bir seçkinin, hazırda Laçın dəhlizini bağlamış Azərbaycan tərəfindən bloklana biləcəyini deyirlər.

Arutyunyanın sözçüsü Lusine Avanesyan deyib ki, konstitusiya dəyişikliyi “geosiyasi regional hadisələr” və Qarabağın üzləşdiyi “xarici və daxili çətinliklərlə” bağlıdır.

Avanesyan Azatutyuna deyib ki, Arutyunyan istefa vermək niyyətində deyil.

Ekspert: “Arutyunyanın istefası Paşinyana sərf eləmir”

Azatutyun yazır ki, Qarabağda və Ermənistandakı müxalif fiqurlar, habelə Yerevanda mənzillənmiş bəzi media qurumları Arutyunyanın konstitusiya dəyişikliyinə Ermənistan hökumətinin təzyiqi altında getdiyini bildirirlər.

Onların fikrincə baş nazir Nikol Paşinyan Qarabağda özünə tam sədaqətli olan birisinin başçı edilməsinə çalışır.

Lakin Qarabağ üzrə ekspert Vahram Atanesyan bu mülahizə ilə razılaşmır və bildirir ki, Paşinyanla Arayik Arutyunyanın münasibətləri yaxşıdır.

Atanesyanın fikrincə, habelə Paşinyana Qarabağda yeni “prezidentin” separatçı “parlament” tərəfindən seçilməsi sərf eləmir, çünki Arayik Arutyunyanın partiyası burada həlledici çoxluğa malik deyil.

Arutyunyan-Vardanyan çəkişməsi

Azatutyun yazır ki, Arutyunyanın konstitusiya dəyişikliyi təşəbbüsü onunla rusiyalı biznesmen, Qarabağın “dövlət naziri” Ruben Vardanyanla çəkişmədə olduğuna dair xəbərlərlə eyni vaxta düşüb.

Bu yaxınlarda onların ayrı-ayrılıqda Moskvaya səfər etmələri haqqında məlumatlar yayılmışdı.

Bu səfərlərin məqsədləri barədə məlumatlar verilmirdi.

Bəzi xəbərlərə görə, Arutyunyan Vardanyanı vəzifəsindən azad etmək və qəfil prezident və parlament seçkiləri çağırmaq istəyib. Vardanyan isə istefaya getməyəcəyini qəti şəkildə bildirib.

Azatutyun yazır ki, Qarabağdakı müxalifətçilərin fikrincə Paşinyan Vardanyanı vəzifədən çıxarması üçün Arutyunyana təzyiq göstərir. Onların fikrincə bu, Azərbaycan tərəfinə güzəştə gedilməsi üçün lazımdır.

Ermənistan hökuməti bu iddiaları şərh etmir. Lakin Paşinyanın bəzi müttəfiqləri və tərəfdarları Vardanyanı kəskin tənqid ediblər. Onlar bildiriblər ki, Azərbaycanın Laçın dəhlizini açması üçün Vardanyanın Qarabağı tərk etməsi vacibdir.

Azərbaycanın mövqeyi

Azərbaycanın özünə gəldikdə isə prezident İlham Əliyev Ruben Vardanyanın Moskvadan xüsusi missiya ilə göndərildiyini və onunla heç bir danışıqlar aparılmayacağını bəyan edib.

Azərbaycan, habelə bir sıra Qərb şərhçiləri Vardanyanın “Putinin adamı” olduğunu deyirlər. Onların fikrincə, Vardanyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və Qarabağda tənzimlənməni pozmaq tapşırığı ilə gəlib.

Şərhçilər həm də diqqəti belə bir məqama çəkirlər ki, Rusiya prezidenti Vladimir Putin Vardanyanın Rusiya vətəndaşlığından məhrum edilməsinə dair fərmanı Vardanyan Qarabağda “dövlət naziri” təyin olunan gün imzalayıb.

İlham Əliyev fevralın 14-də Vladimir Putinə zəng edib.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Xəbər 599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +