AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.02.2023  15:06 

FHN bu restoranın fəaliyyətini dayandırdı





A+  A-

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.

XəzərNews.az Föqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 27 ünvanında yerləşən “Möhtəşəm Məkan” restoranında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə qaz təsərrüfatından qeyri-qanuni istifadəyə yol verilib;

- qaz istismarına dair müvafiq sənədlər təqdim edilməyib;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb və həmin qurğuların texniki sazlığının yoxlanımasi ilə bağlı test aparılmayıb;

- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- obyektdə təxliyə planı mövcud deyil.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 27 ünvanında yerləşən “Möhtəşəm Məkan” ailəvi restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +