10.02.2023 10:19
Zəlzələ Türkiyəyə nə qədər zərər vurdu?
Türkiyəyə dəymiş zərərin “Fitch Ratings” Agentliyi tərəfində 4 milyard dollar həcmində qiymətləndirilməsi birmənalı qəbul edilə bilməz.
7 000-ə yaxın bina dağılıb, yollar yoxa çıxıb, infrastruktur məhv olub, istehsal sahələri yerlə yeksan olub, dəyər zəngirinin əsaslı hissəsi sıradan çıxıb, təhcizat prosesi dayanıb və sair və ilaxır. Maddi zərər yaradan səbəblər hədsiz çoxdur. Hələ nədər insanların mülkünə, şəxsi əşyalarına, nə qədər binanın zədələnməsinə dair məlumat yoxdur. 7 min bina sadəcə tam dağılan binadır. Odur ki, dəymiş ziyanın 100 milyard dollar çatacağinı, hətta bunu ötəcəyini belə istisna etmirəm.
Mənəvi zərbənin təsiri heç də maddidən az deyil. Həlak olanların sayı durmadan artır. Say onminlərlə ölçüləcək. İndiki rəqəmlərdə olanlar cansız bədənləri tapılanlardır.
Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 190 minədək insan insan qalıb. Dəhşətli soyuq hava və zamanın uzanması dağıntılar altından insanların sağ çıxarılma ümidlərini azaldır. Bu sarsıdıcı faciədir və bunun mənəvi zərbəsi maddidən çoxdur.
Dəymiş zərər Türkiyə ÜDM-nin 10%-i ötə bilər. 2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olmuşdur. Bu il isə bunun 941.55 milyard dollar olması proqnoz edilmişdir. Lakin zəlzələ bu proqnozun da gercəkləşməsinə imkan verməyəcək.
Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir.
Rəqəmlərdən göründüyü kimi dəymiş ziyan 100 milyard dollar olarsa, bu Türkiyənin ÜDM-nin 12%-ə qədəri deməkdir. Eyni zaman da illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq. Bu xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsrini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur.
Odur ki, dəymiş ziyanı yalnız büdcə vasaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaqdır.
Amma təbii ki, bu qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Düzdür, Türkiyə sevməyənlər nəyəsə nail olmaq istəyəklər, amma Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil.
Sadəcə bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir.
Eldəniz Əmirov
İqtisadçı
Xəbər 610 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|