Taksi sürücülərinin qənimi saxlanıldı
“Rəsmi Bakı vasitəçiyə ehtiyac görmür” - Sabiq nazir
Subsidiyalarla bağlı qərar imzalandı
140 milyon 288 min manat ƏDV geri qaytarılıb
Zelenski-Bayden görüşü sabah baş tutacaq
Slovakiya - Ukrayna sərhəddində nə baş verir?
Cinayətdə şübhəli 62 nəfər saxlanılıb
Sabunçuda ev yandı
Qəzzanın cənubu bombardımana məruz qalıb
Slovakiya da Ukraynanı Avropa İttifaqında görmür


04.02.2023  13:31 

General qızı nərddə “Mersedes“ uduzub?





A+  A-

"Naxçıvan barədə hər gün daha dəhşətli xəbərlər gəlir. Əlbəttə, burada təəccüblü nəsə yoxdur. Nərd stolüstü oyundur, onu kişi də oynaya bilər, qadın da. Amma bəzi insanların hobbisi olan bu oyun qumara çevrilirsə və qumarı bir generalın qızı oynayırsa, bu, artıq qəbuledilməzdir”.

XəzərNews.az xəbər verir ki, bunu "TNS" İnformasiya Agentliyinin rəhbəri, naxçıvanlı jurnalist Tural Səfərov sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, MR-da generallardan birinin qızı rəfiqəsi ilə nərd oynayıb və “Merceedess” markalı avtomobili uduzub:

“Xarici ölkə vətəndaşı olan (Baxın ha, ərazi bütövlüyümüzü, sərhədlərimizi qoruyan generalın qızı xarici ölkə vətəndaşıdır) bu papasının və mamasının gül balası Naxçıvandakı dağ evlərində rəfiqəsi ilə son model “Mersedes” markalı avtomobildən nərd oynayır və uduzur. Dərhal göstəriş verir, papasının avtomobil salonundan götürülən avtomobil rəfiqəsinin dediyi ünvana çatdırılır.

Bu, harınlığın, qudurğanlığın pik həddidir. General papası korrupsiya, dövlət əmlakını mənimsəmə yolu ilə pul “qazanır” ki, qızı nərd oyununda “Mersedes” uduzsun. General dədəsi qızını ən ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə görk olsun. Hələlik ad çəkmirəm. Amma faktı tam dəqiqləşdirdikdən sonra ad çəkəcəm. Hər kəs bilsin ki, bu generalın övladları nə hoqqalardan çıxır, onun Azərbaycan dövlətindən oğurladıqları pulları necə xərcləyirlər".

Xəbər 659 dəfə oxunub.




11.12.2023  09:24 

Sabunçuda ev yandı

11.12.2023  09:00 

Bu yollarda tıxac var

11.12.2023  08:15 

Vladimir Zelenski ABŞ-a gedir

10.12.2023  10:24 

Türkiyədə zəlzələ oldu

10.12.2023  09:07 

Abşeronda avtomobil yanıb

10.12.2023  06:18 

ABŞ-da tornado -Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +