Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


03.02.2023  14:28 

Ələsgər Məmmədli MEDİA-nı tənqid etdi





A+  A-

“Çiyninin üzərində daşıdığı yuvarlaq nəsnənin içərisində azacıq beyin olanlar bilir ki, 2021-ci ildə hər hansı müzakirə olmadan “göydən düşən” Media Qanunu layihəsi parlamentə təqdim olunandan bu qanun layihəsinin legitim olmadığını, gətirilən müddəaların əksəriyyətinin nə beynəlxalq media standartlarına, nə ölkə Konstitusiyasına, nə də Avropa Konvensiyasına uyduğunu, dəyişməli olduğunu yüksək səslə müxtəlif platformalarda bəyan etmişəm. Dəyişməsi üçün cəhdlərimiz də olub, təkliflər də vermişik və s. Amma təəssüf ki, gözünü, qulağını bağlayan məsul tərəf “oldu-bitdi”yə gətirməni seçib. Sonra Avropa Şurası Venesiya Komisyası da qanunun keyfiyyətsizliyini vurğulayıb və hökumətə bunu dəyişdirməyi təklif edib. Buna baxmayaraq, başını quma soxan dəvəquşu misalı bu legitim məqsədlərə xidmət etməyən, demokratik cəmiyyətdə media azadlığını tamamilə kontrol-icazəli sistemə soxan, jurnalisti yalnız öz biçdiyi libasa soxan qanunu icra etməyə israrla davam edilib”.

XəzərNews.az xəbər verir ki, bunları media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli sosial şəbəkə hesabında yazıb.

“2022-nin sentyabrından Media Reyestrinin caynaqları itilənib və media subyektlərinə, jurnalistlərə sancılmağa başlayıb. Agentliyin öz rəsmi yaydığı məlumatda 160 müraciətin yalnız 120-ə müsbət cavab verildiyi bildirilib. Yəni, “biz sadəcə mövcud medianı nizama salırıq - vahid reyestr yaradırıq” deyilməsinə baxmayaraq, hər dörd müraciətin biri rədd edilib. 25% media subyekti kənara itilib və yeni qanunun “standartlarına” görə “yox” sayılıb.

Bu zaman çoxsaylı media qurumları və jurnalistlər müxtəlif vasitələrlə bunu ya ictimailəşdirir ya da şəxsi əlaqə yaradıb, necə həll edəcəklərini öyrənmək üçün yol soruşur. Bu prossesdən zərər çəkənlərin sayı artdığına görə, illərin jurnalistlərinə, hər gün efirdə xəbər oxuyanlara “sən bizim qanuna görə jurnalist deyilsən” cavabları verildiyinə görə bir qrup müstəqil jurnalist bu məsələnin həllinin zəruriliyini yenidən gündəmə gətirib və bir müraciət hazırlayıb. Əlbəttə belə müraciət mənim tərəfimdən də təbii olaraq dəstəklənib.

İndi baxıram mərkəzləşmiş şəkildə Media Agentliyi bu prossesi haqlı olaraq tənqid edən və düzəlməsini istəyən şəxsləri hədəfə alır, öz çirkin “direktivlər”ini məcburi şəkildə bəzi media qurumlarına yaydırmağa başlayıb. Üstəlik bu zaman da yenə mürəkkəbi qurumayan Media Qanunun 14-cü maddəsinin tələbini ciddi şəkildə pozaraq, həm faktları və hadisələri qərəzli və qeyri-obyektiv təqdim edir, birtərəfliliyə yol verərək şəxslərin mövqeyinə yer vermir, həm də açıq sübut edə bilməyəcəkləri böhtana əl atırlar.

Amma unutduqları bir məqam da odur ki, mənə yönələn bütün təhqir-böhtan, qaralamanın müzakirə yeri məhkəmələr olacaq. Balığın sudan qorxusu olmaz”, - Ə.Məmmədli bildirib.

Xəbər 585 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +