Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?
“Biz mühüm tədbirlərə hazırlaşırıq“ - Zelenski
“Biz istədiyimizə nail oluruq və olacağıq“ - Prezident
63 ton kartof məhv edildi - Azərbaycanda
Quru sərhədlər niyə açılmır? - Tural Abbaslıdan açıqlama
Şəmkirin “Berdımuxammedovu“u - I YAZI
Füzuliyə qarşı üçüncü vandalizm aktı -səbəb nədir?


01.02.2023  19:45 

Masallıda məktəb direktoru həbs edildi





A+  A-

Masallı rayonu Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.

XəzərNews.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi Asiya.az-ın sorğusuna cavab olaraq bildirib ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ.Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru vəzifəsində işləyirdi.

Xəbər 378 dəfə oxunub.




28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +