Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


30.01.2023  19:47 

İranda partlayışlar - Zəngəzur uğrunda qlobal güclərin savaşı





A+  A-

Azərbaycanın Tehrandakı səfirliyində və Qüdsdə sinaqoqda törədilən terror aktından sonra bölgədə böhran dərinləşməkədir. Terror aktının ardınca İrana PUA-larla hücumların edilməsi, İsrail tərəfinin, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinkenin İrana hərbi müdaxilə ediləcəyini istisna etməməsi ilə bağlı verdiyi açıqlama gərginliyin daha da kəskinləşəcəyindən xəbər verir.

Artıq bəzi xarici KİV İrana PUA hücumundan sonra Qərb ölkələri, xüsusən də Almaniya və Böyük Britaniya Tehrandan səfirliklərinin fəaliyyətini məhdudlaşdıraraq, öz vətəndaşlarını da bu ölkəni tərk etmək barədə xəbərdarlıq edib.

İran İsrailin hücumlarına adekvat cavab verməyi planlaşdırsa da, lakin daxildə yaşanan ictimai-siyasi böhran, o cümlədən beynəlxalq aləmin ona olan kəskin mövqeyi səbəbindən bunun hansı acı nəticələrə gətirəcəyindən ehtiyatlanır. Düzdür, İran daxildəki diqqəti yayındırmaq üçün xarici “düşmən” tapıb, onunla toqquşmaya getmək hava-su kimi lazım olsa da, indiki şəraitdə bu, Tehran rejimi üçün fəlakət olar. Digər tərəfdən ABŞ Dövlət katibi Entoni Blinkenin təcili olaraq Yaxın Şərqə səfərində də əsas müzakirə mövzusunun İran məsələsinin olacağı istisna deyil.

İranın iştirakı ilə yaranacaq gərginliyin və sabitliyin pozulmasının Azərbaycanın maraqlarına cavab vermir. Lakin istəyimizdən asılı olmayaraq Azərbaycan bölgə ölkəsi olaraq yaşanan proseslərdən kənarda qala bilməz və hansısa formada ya dolayısı və ya birbaşa formada hadisələrin iştirakçısı olması qaçılmazdır. Digər tərəfdən səfirlikdə törədilən terror aktı isə Tehran-Bakı münasibətlərinin normal məcraya dönüşünü imkansız edir. Münasibətlər qurulsa belə, əvvəlki səviyyədə olması mümkün deyil.

Nəzərə alsaq ki, İranın Azərbaycana qarşı sərt münasibətinin kökündə regionda baş verən geosiyasi dəyişikliklər dayanır və Tehran bunu özünün “qırmızı xətti” bəyan edirsə, o zaman Azərbaycan bu prosesin iştirakçısı ola bilər. “Qırmızı xətt” isə Zəngəzur dəhlizi ilə bağlıdır. Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlı olsa da, Rusiya və İran buna qarşı çıxmaqdadır (Rusiya yalnız öz nəzarətində olmasını istəyir). Rusiyanın başı hazırda Ukraynada qarışdığından prosesə elə də ciddi təsir edə bilmir. Amma Tehran bu məsələdə barışmaz mövqedə dayanır. Elə Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktının bir səbəbi də bununla bağlıdır. Tehranın bu mövqeyi bütövlükdə Qərbi, xüsusən də Böyük Britaniya və İsraili ciddi narahat edir. O baxımdan Azərbaycan yaranmış durumu dəyərləndirib Zəngəzur dəhlizini reallaşdıra bilər. Bunun üçün imkanlar mövcuddur.

Birincisi, Rusiyanın başı Ukraynaya qarışdığı bir vaxtda Moskva bu prosesə elə də ciddi müqavimət göstərə bilməyəcək.

İkincisi, Moskva hazırda üzləşdiyi bir məqamda Ankara və Bakıdan çox asılı vəziyyətdədir və bu asılılıq hər ötən gün daha da artır. Odur ki, Ankara və Bakı Moskvanın hansısa formada maraqlarını təmin etməklə onu “zərərsizləşdirə” bilər. Belə bir variant mümkündür. İrəvanın yürütdüyü siyasət və İrəvan-Moskva arasında yaranan gərginlik bunu deməyə əsas verir.

Üçüncüsü, yaranmış vəziyyətdə Tehrana qarşı beynəlxalq basqını təşkil etməklə… Belə ki, Bakı Qərbin, əsasən də Böyük Britaniya, ABŞ, İsrail və ərəb ölkələrinin dəstəyindən istifadə etməklə Tehrana təzyiqləri artıra bilər.

Onsuz da bizim istəyimizdən asılı olmayaraq Cənubi Qafqaz uğrunda qlobal qarşıdurma - Rusiya-İran-Ermənistan və Azərbaycan-Türkiyə-ABŞ-İsrail-Böyük Britaniya ərəb ölkələri ilə, xüsusən də BƏƏ, Səudiyyə Ərəbistanı, Misirin iştirakı ilə yeni fazasına daxil olub.

Təbii ki, müəyyən risklərin olması qaçılmazdır. Amma qaçılmaz proseslərdən kənarda qalmaq da qeyri-mümkündür. Oyun qaydalarına uyğun olaraq maraqlar uğrunda addım atıb, mübarizə aparmaq zərurəti yaranıb. Sadəcə, oyun qaydalarını düzgün müəyyənləşdirib, daha az itki ilə qlobal qarşıdurmadan çıxıb, hədəflərinə nail olmaq mümkündür.

Mürtəza Bünyadlı

Xəbər 496 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +