“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


30.01.2023  18:58 

“Müstəntiqlərə göstəriş verməmişəm” - Mövlam Şıxəliyev





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN ) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla hakimin arasında mübahisə ilə başlayıb. Hakim vəkili prosesə gecikməkdə ittiham etsə də, sonuncu vaxtında məhkəməyə gəldiyini qeyd edib.

Daha sonra hakim Mövlam Şıxəliyevin poçt vasitəsi ilə məhkəməyə iki vəsatətini təqdim olunduğu bildirilib. İlqar Murğuzov deyib ki, hər iki vəsatət törədilən əmələ hüquqi qiymət verilməsi ilə bağlıdır. Hakim qeyd edib ki, hər iki vəsatətdə göstərilənlərə yekunda qiymət veriləcək.

Daha sonra çıxış edən Mövlam Şıxəliyev bildirib ki, xüsusi xidmət orqanlarında 36 il xidməti olub. Onun sözlərinə görə, 2015-ci ildən 2021-ci ilə qədər olan müddət ərizində onun barəsində cinayət tərkibi müəyyən edilməyib:

"Amma 2021-ci ildə barəmdə cinayət işi başlanılıb. Bu cinayət işinin başlanılması üçün mötəbər, qeyri-mötəbər sübutlar təqdim olunmayıb. Mənimlə bağlı Baş prokuror Kamran Əliyevə, baş prokurorun 1-ci müavini Elçin Məmmədova yalan, təhrif edilmiş məlumatlar məruzə edilib. Bu yanlış məlumatların əsasında da barəmdə cinayət işi başlanıb və bu işdə məhkəməyə göndərilib. Məhkəmə prosesində də prokuror cinayət işi ilə bağlı bir mötəbət sübut təqdim etmədi. Yalnız müstəntiqlərə göstəriş verməklə bu cinayətləri törətdiyimi qeyd ediblər. Mən Müdafiə Nazirliyinin işçisi və yaxud da komandir deyiləm ki, kiməsə göstəriş verəm. Heç bir müstəntiqə göstəriş vermək, onların işinə qarşımaq kimi bir səlahiyyətim olmayıb. Vəzifəm yalnız işlərin daxil olmasının dəqiqliyini aparmaq, bölgülər aparmaqdan ibarət olub. Həmçinin süründürməçiliyə yol verilməməsi, işlərin vaxtında müvafiq qurumlara təqdim edilməsinə nəzarət etmək olub”.

Mövlam Şıxəliyev qeyd edib ki, müstəntiqlərə icraatında olan işlərlə bağlı göstəriş verməsi barədə yazılan ittiham da düzgün deyil:

"Mən müstəntiqlərə göstəriş verməmişəm. Bütün müzakirələr Baş Prokurorluqda aparılıb, orada da yekun nəticəyə gəlinib. Yalnız sonda müstəntiqlər mənə məruzə ediblər ki, bu işlərlə bağlı belə tədbirlər görülüb. Heç bir işdə iştirak etməmişəm. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev prokurorluğun yazdığı ittihamı təsdiq edib. Bu gün məhkəmələrdə bir çox hüquqi islahatlar aparılır. Mən də bu islahatlara inanaraq şikayət etmişəm. Ümid edirəm ki, barəmdə ədalətli qərar qəbul ediləcək. Çünki mən təqsirsizəm”.

Zərərçəkmiş Hüseyn Səfərovla bağlı epizoda toxunan Mövlam Şıxəliyev deyib ki, ondan ov tüfəngi istəməsi və alması barədə yazılanlar düzgün deyil:

"Hüseyn Səfərov deyir ki, həmin silahlı Vüsal Ələkbərova verib. Bunu Hüseyn Səfərovun özü indi də deyə bilər. Vüsal Ələkbərov da bu epizodu 2015-ci ildə mühakimə olunan zaman etiraf edib və deyib ki, Hüseyn Səfərovun verdiyi ov silahı ondadır, evində saxlayır. Bundan başqa, ittiham verilib ki, 2008-ci ildə ondan "Vertu” mobil telefon almışam. Birinci bu hədiyyə olub. Hədiyyədə nə vaxtdan rüşvət hesab edilir? Bu hal 2010-cu ildə olub. Bütün bunları da məhkəməyə təqdim etmişəm. Barəmdə cinayət işinin başlanılması ilə bağlı mötəbət sübutlar bundan ibarətdir. Prokuror Vüsal Mehrəliyev bir mötəbər sübuta istinad etməyib. Bu iş üzrə ümumilikdə 32 epizod var. Bu epizodlar üzrə heç bir sübut yoxdur. Hakim də bildirdi ki, işdə mötəbət sübut yoxdur, bunu məruzə edəcəm. Amma sonda bəraətlik olan iş üzrə ittihamedici hökm çıxarıldı. Bu insan taleyidir. Belə biganə yanaşmaq olmaz. Mən bu dövlət üçün şərəfimlə xidmət etmişəm”.

Mövlam Şıxəliyevin sözlərinə görə, iş üzrə zərərçəkmiş şəxslərdən 21 nəfəri ifadəsində onu tanımadığını qeyd edib:

"Belə görünür ki, mənə 5 mərtəbəli ittiham verilib. Belə ittiham olar? Zərərçəkmişlərdən biri Rauf Həsənov Sübahir Qurbanov və Füzuli Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Həmin iş üzrə də ittihamedici hökm çıxarılıb və bu şəxs Füzuli Məmmədovdan şikayətçi olub. 2021-ci ilə kimi də bu şəxs mənim adımı çəkməyib. Necə olubsa, 2021-ci ildə bu şəxsində adı mənim işimə əlavə olub. Rauf Həsənov da məhkəmədə deyib ki, məni tanımır. Onun şikayəti Füzuli Məmmədovla bağlı olub. Həmin iş üzrə də Füzuli Məmmədov cəzalandırılıb. Füzuli Məmmədov da ayrı idarənin işçisi olub”.

Mövlam Şəxəliyev qeyd edib ki, Zakir Qaralov və Eldar Mahmudov ona heç bir göstəriş verməyib. O iddia edib ki, zərərçəkmiş Namil Rzayevin onunla yaşadıqları binanın blokunda görüşməsi, ondan pul alması barədə dedikləri həqiqət deyil. Bildirib ki, onun Namil Rzayevlə yaxın münasibəti olmayıb və onların evləri arasında olan məsafə ilə bağlı məhkəməyə sübutlar təqdim edib.

Növbəti proses fevralın 6-da davam edəcək./Qaynarinfo

Xəbər 482 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +