Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


30.01.2023  15:46 

Mobil telefonlar kəskin bahalaşacaq - Azərbaycanda





A+  A-

Artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xəbərdarlığında qeyd olunub.
Bildirilir ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bəs bəyannamə tələbi fiziki şəxslər tərəfindən xarici ölkələrdən mobil telefon gətirilməsinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli "Ölkə.Az"a açıqlamasında bildirdi ki, bu addım elektrotexnika satışı ilə məşğul olan iri şirkətlərin maraqlarına xidmət edir:

"Dövlət orqanları vətəndaşların maraqları çərçivəsində davranmağı öyrənməlidirlər, iri şirkətlərin maraqlarını qorumağa çalışmamalıdırlar. Vətəndaş bir mobil telefonu özü işlətmək üçün gətirirsə, burada məhdudiyyət olmamalıdır".

Ekspertin sözlərinə görə, bəyannamə tələbi olan bu mobil telefonlar 300 dollarlıq limitə daxil olmayacaq, çünkü bu limit onlayn sifariş edilən məhsullara aiddir:

"Lakin gətirilən mobil telefonlara 18%-lik ƏDV tətbiq edilə bilər. Bununla bağlı açıqlama verilməsə də, bəyannamə doldurulan zaman əlavə vergilər tətbiq oluna bilər. Bundan başqa, güman olunur ki, İMEİ kodun bahalaşması da nəzərdə tutulub".

"Əslində hər hansı mobil telefonun poçt şöbəsində qeydiyyata qoyulması da turizm potensialını artırmaq istəyən ölkə üçün uyğun deyil. Bu, turistlər üçün ciddi problem yaradır. Həmçinin ölkə əhalisi telefon alarkən qeydiyyata az qala 1 telefonun qiymətini ödəmək məcburiyyətində qalırlar ki, xüsusən də, bu, bahalı və yeni model mobil telefonlara aid olur. Bu da onu göstərir ki, Azərbaycanda dolayı vergiləndirmə sistemi getdikcə daha çox artır", - deyə N. Cəfərli vurğulayıb..

Ekspertin fikrincə, bütün bunların fonunda mobil telefonların bahalaşması gözlənilir: “Biz yəqin ki bazarda mobil telefonların bahalaşmasının şahidi olacağıq"

Xəbər 632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +