İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.01.2023  09:51 

Sevgilisini lüt şəkilləri ilə şantaj etdi, 50 min aldı





A+  A-

Ali Məhkəmədə Abşeron rayonunda sevgi münasibətində olduğu qadını şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rauf Vəliyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

XəzərNews.az pravda.az-a istinadla bildirir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Qeyd: R.Vəliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, qab-qacaq ticarəti ilə məşğul olan Rauf orta məktəbdə ondan bir sinif yuxarı oxumuş Ülviyyə Abdullayeva ilə (ad və soyad şərtidir) sevgili olub. Daha sonra onların arasındakı sevgi münasibəti universitetdə davam edib. Lakin 2002-ci ildə Raufun polis tərəfindən tutulması və avaralığa meyilli olması Ülviyyənin ondan uzaqlaşmasına səbəb olub və onların ikisi də başqa şəxslərlə ailə quraraq yollarını ayırıblar.

Bundan təxminən 17 il sonra Rauf sosial şəbəkə vasitəsilə Ülviyyəni tapıb və onlar yenidən münasibət yaradıblar. Aralarındakı sevgi münasibəti yenidən alovlanandan sonra Raufun təkidi ilə Ülviyyə çılpaq fotolarını ona göndərib. Həmin vaxt Rauf fotoları telefondan sildiyini bildirsə də, ekranın şəklini çəkərək ona göndərilmiş çılpaq fotoları özündə saxlayıb. Bu müddət ərzində onlar müxtəlif ünvanlarda görüşüblər.

Lakin daha sonra Rauf Ülviyyəni şantaj etməyə başlayıb. O, 100 min manat verməyəcəyi təqdirdə Ülviyyənin çılpaq görüntülərini yayacağını, onu qohumları, tanışları arasında rüsvay edəcəyini bildirib. Ülviyyə bu barədə atasına dedikdən sonra işə onun valideyni qarışıb və o, Raufla görüşüb. Ülviyyənin atası evini sataraq 50 min manatı 2020-ci ilin oktyabr ayının 15-də Novxanı yolunda yerləşən “Alfa” adlı kafedə Raufa verib.

Bu görüş zamanı Rauf Ülviyyənin atasına bütün görüntüləri sildiyini və daha onlardan əl çəkdiyini bildirib. Lakin 5 ay sonra Rauf yenidən Ülviyyə və atasını şantaj etməyə və daha 50 min manat tələb etməyə başlayıb. 2021-ci ilin fevral ayının 27-də polisə Raufun əməlləri barədə məlumat verildikdən sonra o tutulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rauf Vəliyev bildirib ki, tələbə vaxtı Ülviyyə ilə evlənmək istəyib. Həmin vaxt Ülviyyənin ailəsi ondan Bakıda ev almasını tələb edib: “Həmin vaxt Bakıda mənzil almaq üçün evimizi satdıq, amma paytaxtda ev ala bilmədik. Pulumuz da batdı. Ülviyyədən 50 min manat tələb edib aldığımı etiraf edirəm və bu əmələ görə çox peşmanam”.

Məhkəmədə sübut kimi Ülviyyə və Rauf arasında olmuş mesajlaşmalar elan edilib. Həmin yazışmalarda 3 uşaq atası olan Rauf Vəliyevin intim münasibətdə olduğu Ülviyyəni hədələməsi, görüntüləri onun ərinə, oğluna və sair şəxslərə göstərəcəyini deməsi qeyd edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xəbər 491 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +