İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


23.01.2023  14:40 

Qoşasan bu iki şəxsi xışa…





A+  A-

Azərbaycan Premyer Liqasında bir aylıq qış fasiləsi başa çatır. 19-cu tura yanvarın 24-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Qəbələ” bu nöqsandan qurtulubsa…

Fasilədən sonra ilk oyun Gəncədə baş tutacaq. “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Gəncə təmsilçisi Antalyada keçirdiyi yoxlama görüşlərində pis təsir bağışlamadı, hətta qapısını da toxunulmaz saxladı.

Ancaq bu amil əsas vermir ki, “Kəpəz”in bu görüşdə qalib gələcəyini iddia edək. Amma “Qəbələ”nin büdrəyə biləcəyini iddia etmək üçün başqa amil, özü də tutarlısı var. “Qəbələ” autsayderlərlə oyunda yaxşı təsir bağışlamır. Nə bilmək olar, bəlkə də, qış fasiləsindən sonra bu nöqsan aradan qalxacaq. Aradan qalxacaqsa, onda “Kəpəz”ə “pəpə” yoxdur.

Proqnoz: “Kəpəz”in qələbəsi – 20%, heç-heçə – 30%, “Qəbələ”nin qələbəsi – 50%.

Qoşasan bu iki şəxsi xışa…

İkinci oyun günündə ilk qarşılaşma “cəhənnəm örtüyü”ndə olacaq. Bəli, Tovuz stadionunun örtüyünü belə adlandıra bilərik. O stadionda xeyli futbolçu zədələnib, az qala bütün məşqçilər narazılıq ediblər.

“Qarabağ” Antalyada xalça kimi örtüyün üzərində məşq keçib. Və bundan sonra dərhal “cəhənnəm örtüyü”nə çıxacaqlar. İndi təsəvvür edirsiniz futbolçuları hansı əzab gözləyir? Tovuz stadionu Rövnəq Abdullayevlə Elxan Məmmədovun “cinayət” işidir. Qoşasan bu iki şəxsi xışa, salan Tovuz stadionuna və deyəsən ki, haydı, yeriyin… Dedikcə, yazdıqca bitməz onların törətdiyi cinayətlər.

“Qarabağ” da Tovuzda onların cinayətkar əməlinin qurbanı ola bilər. Bunu istisna etməyin.

Proqnoz: “Turan Tovuz”un qələbəsi – 30%, heç-heçə – 30%, “Qarabağ”ın qələbəsi – 40%.

İndi məqamdır, görək…

Günün ikinci qarşılaşmasında “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Samir Abasovun gəlişindən sonra sumqayıtlılar zirzəmidən çıxmağı bacardı. Qış fasiləsi isə komandanı toparlamaq üçün əla fürsət idi. Elə “Zirə”nin də fasiləyə ehtiyacı vardı.

Rəşad Sadıqovun komandası fasiləyə qədər qeyri-sabitlik sindromundan heç cür qurtula bilmədi. İndi məqamdır, görək, fasilə kimin işinə yarayıb.

Proqnoz: “Zirə”nin qələbəsi – 50%, heç-heçə – 30%, “Sumqayıt”ın qələbəsi – 20%.

Buyur, Şahin müəllim, gördüyünüzü bizə də göstərin

Sonuncu oyun günündə ilk qarşılaşma Şamaxıda keçiriləcək. “Şamaxı” “Səbail”i qəbul edəcək. Əyalət təmsilçisi çempionatın əvvəlində yaşadığı uğursuzluğu fasiləyə yaxın dəf edə bildi. Elə bunun məntiqi nəticəsi də o oldu ki, çempionatın zirzəmisinə “Səbail” yuvarlandı.

“Gəmiçilər” fasilə ərəfəsində baş məşqçini dəyişdilər, təcrübəli Şahin Diniyevlə anlaşdılar. Vallah, biz “Səbail”də heç bir perspektiv görmürük. Amma Şahin Diniyev təcrübəsinə əsaslanıb nə isə görür, yəqin ki. Görməsəydi, “Səbail”də işləməyə razılıq verməzdi. Buyursun, indi gördüyünü bizə də göstərsin.

Proqnoz: “Şamaxı”nın qələbəsi – 40%, heç-heçə – 30%, “Səbail”in qələbəsi – 30%.

“Sabah” “Neftçi”ni neft gölməçəsinə batıracaq?

Turun son qarşılaşmasını həm də mərkəzi görüş adlandırmalıyıq. “Sabah” – “Neftçi” oyununda bir çox məqamlara aydınlıq gələ bilər. Məsələn, “bayquşlar” qalib gəlsələr “Neftçi”nin neft gölməçəsinə batacağı dəqiqləşəcək. “Ağ-qaralar” bu oyunda məğlub olsalar, çətin ki, sonradan toparlanıb 2-ci yer uğrunda mübarizə apara bilsinlər.

Çempionluqdan isə danışmağa dəyməz, “qızıl” çoxdan əldən gedib. Yox, “Sabah” məğlub olsa, onda məhz 2-ci pillə uğrunda gərgin mübarizə izləməli olacağıq sonrakı turlarda. Bu oyunda hər iki komandanın xal itirməsini, yəni qarşılaşmanın heç-heçə bitməsini, yəqin ki, “Qarabağ” azarkeşləri hamıdan çox istəyir.

Proqnoz: “Sabah”ın qələbəsi – 40%, heç-heçə – 30%, “Neftçi”nin qələbəsi – 30%.

Aut.az

Xəbər 899 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +