200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.01.2023  16:57 

“Yeni klinika”da “Heydər Əliyev İli“nə həsr olunan tədbir keçirilib





A+  A-

“Yeni klinika” tibb müəssisəsində "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tibb müəssisənin rəhbər, tibbi və qeyri-tibbi heyəti iştirak edib.

Tədbirdən öncə “Yeni klinika”da Ulu Öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi baş tutub. Sonra tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olublar.

Tədbirdə çıxış edən C.Paşayev Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də səhiyyə sahəsində göstərdiyi misilsiz xidmətlərindən söz açıb.

Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən baş həkim partiya sıralarına qoşulanların sayının durmadan artdığını söyləyib. O, təşkilata qoşulan əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Vəlibəyov Ulu Öndər Heydər Əliyevin cəmiyyətin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa müddət ərzində inkişaf etdirərək ümumxalq partiyasına çevirdiyini vurğulayıb. Tibb ocağının Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Ümummilli Liderin zəngin həyat yolu və siyasi yaradıcılığından bəhs edib, partiyanın Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini bildirib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan qısa film nümayiş etdirilib.

Sonda “Yeni klinika” tibb müəssisəsində fəaliyyət göstərən 42 əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub.







Xəbər 1386 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +