İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.01.2023  14:02 

Vəzifələrdə çalışan qardaşlar, yeznə-qayınlar, qudalar, bacanaqlar...





A+  A-

Ötən əsrin 60-cı illərində ABŞ prezidenti Con Kennedi sui-qəsd nəticəsində həyatını itirəndən, yerinə vitse-prezident Lindon Conson keçəndən bir müddət sonra ABŞ konqresi xüsusi qanun qəbul edərək prezidentə öz qohumlarını məsul vəzifəyə təyin etməyi qadağan edib.

Böyük ehtimalla bu, məhz Kennedinin prezidentliyi dövründə yaşanan təcrübədən irəli gəlib. Çünki Kennedinin qardaşı Robert Kennedi ədliyyə naziri (eyni zamanda baş prokuror) olub və özünü, əslində vitse-prezident kimi aparıb – daxili siyasətdən ta xarici siyasət məsələlərinə qədər hər şeyə qarışıb, bir növ, dövlətin ikinci adamı rolunda çıxış edib.

Prezident Kennediyə dair yazılan kitablarda, çəkilən filmlərdə bu xətt aydın görünür. O da bəllidir ki, Con Kennedi seçki qərargahının rəhbəri olan və ortaya uğurlu iş qoyan qardaşını ədliyyə naziri postuna təyin etmək istəmirmiş. Bunu ondan prezident seçildiyi gecənin səhəri günü sübh tezdən atası Cozef Patrik Kennedi tələb edib. Bir zamanlar ABŞ-ın İngiltərədəki səfiri, prezident Ruzveltin müşaviri olan, hələ 17 il öncədən övladlarından birini ABŞ prezidenti seçdirəcəyini əhd edən diplomat belə məsləhət bilib.

Ancaq sonra amerikalı konqresmenlər və senatorlar hesab ediblər ki, dövlət başçısının qardaşı və ya bacısı böyük rəsmi vəzifə tutmasa, yaxşıdır. O vaxtdan bəri belədir.

Bu qayda sovet dövründə də var idi. Yüksək vəzifə daşıyanların rəhbərlik etdiyi strukturlarda yaxın qohumları yer tuta bilməzdilər. Hətta nisbətən uzaq qohumlar eyni idarədə, müəssisədə çalışanda belə bu “qohumbazlıq” kimi səciyyələndirilə bilərdi.

Sonradan bu ənənə məhv edildi. Tam əksinə, yüksək vəzifələrdə qardaşlar, yeznə-qayınlar, qudalar, bacanaqlar, ata-oğullar, əmoğlular və sair bu qəbildən olan yaxın qohumlar paralel işləməyə başladılar. Nəticədə “vəzifəli qohumlar şəbəkəsi” əmələ gəldi. (Bu da həqiqətdir ki, vəzifəli şəxslərin qohumluqları bir çox hallarda sonradan yaranır - qız lıb-verir, qohum olur, sonra bir-birinə kömək edirlər).

Ona görə də bəzən bir yüksək vəzifəli şəxs işdən götürüləndə olur ki, onun ardınca başqa strukturlarda vəzifə tutan yaxın qohumları da vəzifələrindən çıxarılırlar və o zaman hər kəsdə “vəzifəli qohumlar şəbəkəsi”nin nə qədər geniş və sıx torla toxunduğu barədə qənaət hasil olur.

Hərçənd elə də olur ki, bir nazir vəzifəsindən götürüləndə onun başqa sektorda nazir olan qudasına toxunmurlar. Necə deyərlər, quda qudaya cavabdeh deyil. Bu, daha çox işdən çıxarılan nazirin gözdəndüşmə səbəbinə baxır. Əgər adam sadəcə “metal yorğunluğu”, yıpranma, yarıtmazlıq səbəbindən işdən götürülübsə, onun vəzifəli qohumlarına çox da dəyib-dolaşmırlar. Yox, adam dövlətə, hakimiyyətə xəyanət yoluna girdiyi üçün postundan alınıbsa, o zaman onun şəcərəsində vəzifə tutan hər bir şəxs vəzifədən götürülməlidir.

Təcrübə göstərir ki, başqa cür mümkün deyil. Hətta Səudiyyə Ərəbistanı kimi bütün nazirlərin, komitə sədrlərinin, xidmət rəislərinin eyni sülalədən və ailədən olduğu ölkədə də saraydan qovulmuş xanədanlıq üzvlərinin ən yaxınları dövlət postlarından məhrum edilirlər. Vəliəhd şahzadə Məhəmməd bin Salman 3-4 il öncə bu istiqamətdə çox ciddi addımlar atmışdı.

Ölkəmizdə xeyli yüksək vəzifəli şəxs var ki, onların övladları indilikdə orta ranqlı vəzifələrdə (nazir müşaviri, komitə sədrinin müavini, səfir, baş konsul, idarə rəisi, xidmət rəisinin müavini) çalışırlar. Əlbəttə, onların çoxu o vəzifələrə sırf atalarının nüfuzu, əlaqələri hesabına təyin ediliblər və karyeralarının uğuru da valideynlərinin sarayda sevimli olacağı günə qədər davam edəcək. Əgər valideynlər təqaüdə ordenlə getsələr, o zaman vəzifəli övladın karyerasına balta zərbəsi dəyməyəcək, yox, başqa cür olsa, o zaman gənc kadr biznes sahəsində işləməli olacaq.

Faş olmaqda olan detallar göstərir ki, belə kadrların uğurlu biznes qurmaq sarıdan elə bir problemləri yoxdur, ən kasıbı multi-milyonçudur. Bu varidat da elə-belə toplanmayıb, sırf yüksək dövlət vəzifələrinin yaratdığı imkanlar hesabına əmələ gəlib və proteksiya (himayədarlıq) hesabına artıb, qorunub. Onlar sonrakı mərhələdə bu əllərindəki sərvəti qoruyub saxlaya bilsələr, müsadirə etdirməsələr, zamanla öz ölkəmizdəcə rəsmi milyonçu ola bilərlər.

Yox, bu şəxslər də Eldar Mahmudovun, Ziya Məmmədovun və digərlərinin övladları kimi malik olduqları varidatı xaricə daşısalar, biznes fəaliyyətini Avropa ölkələrində davam etdirsələr və həmin milyardlar hansısa bankda dondurulsa, o zaman bu, ölkə üçün itirilmiş milyardlar demək olacaq.

İnkişaf etmiş ölkələrdə proteksionizmi yasaqlayan qanunlar da var. Bu da korrupsiyanın bir qanadı sayılır. Təəssüf ki, nazir vəzifəsi tutmaqla avtomatik olaraq milyonçu olanların ölkələrində elə məhdudlaşdırıcı qanunlar və ənənələr yoxdur.

Xalid Kazımlı
Musavat.com

Xəbər 658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +