“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.01.2023  13:59 

Pensiyalar 4 manat artırılacaq? - İddia





A+  A-

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla minimum aylıq əməkhaqqının məbləği 15 faiz artırılaraq 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edib. Dövlət başçısı həmçinin əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər hazırlanmasına dair Nazirlər Kabinetinə tapşırıq verib. Lakin onun hansı tarixdən tətbiq olunacagı təyin edilməyib.

XəzərNews.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu tarixin açıq qalması ilə bağlı iddia ilə çıxış edib.

O bildirib ki, sərəncamda əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair konkret vaxt yanvarın 1-dən müəyyənləşdirilməməsi pensiyaların indeksləşməsilə bağlıdır:

"Bildiyiniz kimi, hər il yanvarın 1-dən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 14,5 faiz artıb. Böyük ehtimalla, pensiyaların minimum məbləğinin 280 manata çatdırılmasına dair 05 yanvar 2023-cü il tarixli sərəncam indeksləşdirmədən sonra qüvvəyə minəcək ki, həm az adama tətbiq olunsun və həm də artım az məbləğdə olsun.

Fərz edək ki, siz ötən il pensiyaya çıxıb, minimum məbləğdə 240 manat pensiya alırsınız, bu il həmin məbləğ yanvarın 1-dən 15 faiz indeksləşdiriləndən sonra 276 manat edəcək, məhz bundan onra isə pensiyaların minimum məbləğinin 280 manata çatdırılmasına dair sərəncam qüvvəyə minəcək və sizin pensiyanız buna görə, 40 manat deyil, 4 manat artırılaraq 280 (276+4) manata çatdırılacaq.

İkinci variantda fərz edək ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair sərəncam yanvarın 1-dən indeksləşdirmədən öncə tətbiq olunur, onda sizin 240 manatlıq pensiyanız öncə 280 manata çatdırılmalı, sonra 280 manata 15 faiz (42 manat) indeksləşdirmə tətbiq olunmalı idi. Belə olan halda bu variantda sizin 240 manatlıq pensiyanız 322 manata qalxır.

Amma 1-ci variantda olduğu kimi, sərəncam indeksləşdirmədən sonra tətbiq ediləcək və indeksləşdirmədən sonra artımla birlikdə pensiyanız 280 manat olacaq".

Xəbər 1122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +