Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.01.2023  11:59 

Hər gün Talıbov, hər yer Talıbovdur...





A+  A-

Başlığa verdiyim bu ifadəni dünən market kassasının dar dəhlizində astadan danışan iki kişidən biri dilə gətirdi və “Ə, bu Talıbov-Abutalıbov” təkriri yaddaşıma həkk olundu.

İkisi də siyasətlə gendən-genə maraqlanan adamlar oxşayırdılar, dərindən araşdırsaq, dünyada baş verən hər şeyin “Amerikanın və masonların oyunu” olduğunu dəqiq bilən tiplər idi, amma biri Talıbovun aqibətinə dair suallı proqnoz verməyi lazım bildi.

Talıbov deyərkən, söhbət, əlbəttə ki, gündəmdə olan Talıbovdan gedir. Zatən, bu saat ölkədə başqa Talıbov yoxdur. Hər gün Talıbov, hər yer Talıbovdur. Abutalıbovu da tanıyırsınız. Hacıbala müəllim doğma Bakımızın sinəsinə, daha dəqiqi, tarixinə dağ boyda iz salıb gedib. O, uzun müddət unudulmayacaq.

Amma bəlkə də çox adam bilmir ki, Abutalıbovun siyasi aqibəti heç də pis olmayıb. Müəllim yaşıl rayonların birində tikdirdiyi axarlı-baxarlı, uca hasarlı, hovuzlu, saunalı villada dincəlir, bəziləri kimi Bakıətrafı qəsəbələrdəki bağ evlərində təşkil olunan toplantılara qatılaraq siyasətə-filana qarışmır. Ağıllı adamdır. Kağızı da var. Əgər o, işdən çıxarılandan sonra özünü yaxşı aparmasaydı, bəlkə də məsuliyyətə cəlb edilərdi və villaları, mülkləri, kottecləri, nə bilim, penthausları, şatoları, qəsrləri müsadirə olunardı. Düzdür, onları vaxtsa onun özünə qaytarardılar, amma vaxt aparardı. Odur, Əli İnsanov 4 ton qızılını geri almaq üçün 17 il gözlədi, Çovdarov isə öz halal milyonlarına qovuşmaq üçün 7 ilini verdi.

Yəni əgər bu Talıbovun axırı Abutalıbovun axırı kimi olsa, xan həzrətləri getsin yeddi qara qoç alıb “Əshabi-kəhf”də qurban kəsib camaata paylasın. (Düzü, müəllif bilmir ki, adı çəkilən ziyarətgahda qurbankəsmə ayininin icrası üçün lazımi şərait varmı, ümumiyyətlə, orada belə bir xidmət göstərilirmi). Çünki hələlik Talıbovun əskisi tüstülüdür. Onun siyasi dövranı başa çatmış kimi görünür, bu işdən qurtulub iqtisadi sferaya transfer oluna bilməsə, çətin olacaq. Reablitasiya üçün ona da 5-6 il vaxt lazımdır.

Belə güman var ki, Talıbovun yaxın gələcəyi Mahmudovunku kimi olacaq – mediadan uzaq, nəzarətçilərə yaxın – asudə guşənişin. (Orası da var ki, deyirlər, Mahmudov gecələr öz cipinə minib şəhərdə gəzir. Gözüylə görənlər olub, qiymətinin 5-10 qəpik ucuzlaşacağı gözlənilən çörəyin bərəkətinə and içənlər var).

Hər halda o boyda “xan”ı İmişlinin sabiq başçısı Vilyam Hacıyev və ya Şəmkirin keçmiş rəhbəri Alimpaşa müəllim kimi eləməzlər. Əslində Alimpaşa bəy də Hacıbala Abutalıbovu xatırladırdı, onun kimi şeir-zad deməyi də vardı, amma bilmədik, ona qarşı niyə belə etdilər. Niyə belə olmalıydı?

Allah tərəfi, işdən çıxarılma haqq-hesabında Talıbov çox müqavimət göstərmədi, “Axırıncı aşırım” filmindən tanıdığımız komissar Talıbov kimi qayaların daldasına çəkilib atışmadı, nə vaxt dedilər, necə dedilər, eləcə də “möhür-ştampeli” təhvil verdi, dedi, cavan olmuşam, bilməmişəm.

Bir siyasət adamı var, Talıbovla köhnə düşməndir, deyir: “Elə bilirdim, cənab bir az dirəşəcək, “mən balaca adam deyiləm, bu boyda muxtar respublikanın seçkili orqanının rəhbəriyəm” deyəcək, amma bir göz ağartmasıyla postunu verdi, onu belə dızqax bilməzdim”.

Bə nə edəydi? Hökumətlə hökumətlik edə bilməzdi axı. Elə bir şey eləsə, qaramaskalılar onu da İnsanov kimi edərdilər, kabinetindən götürüb aparardılar, aqibəti də eyni cür olardı, 10+ il iş verərdilər, qızıl külçələrini də televizorda göstərərdilər.

Belə baxanda müəllim çox şey itirməyib. Mülklərinin, biznes struturlarının satışa qoyulduğu deyilsə də, onlar boş şeydir, əsas məsələ cansağlığı və qulaq dincliyidir. Düzdür, indiikdə düz-əməlli qulaq dincliyi də yoxdur, adamın adı çox hallanır, amma buna da şükür. Qulağa şaqqıltıyla bağlanıb-açılan dəmir qapı səsi gəlsə, yaxşı olacaqdı?

Ancaq supermarketdəki qardaşların ritorikasından belə başa düşdüm ki, onlar Talıbovun aqibətinin nəinki başqa cür, heç Abutalıbovunku kimi olmasını da istəmirlər, istəyirlər, nəsə maraqlı bir şey olsun. Məsələn, ümid edirlər ki, Talıbov, köhnə kişilər demişkən, qara cağın dalında (müttəhimlər kürsüsündə), şüşə qəfəsdə oturar, keçmiş nazirləri də gəlib üzünə durarlar, maraqlı-maraqlı açıqlamalar verərlər, bunlar da oxuyub heyrətlənə, “gör e, nələr edirmişlər, pah!!!” deyərlər 3-4 ay da hamının başı buna qarışar.

Bunlar hamısı gözləntilərdir. Yəqin ki, Talıbovun işi indiyədək presedenti olan işlərdən biri kimi yekunlaşacaq. Lap axırda isə hər şey yeni trend üzrə gedəcək. Baxmayın, səhvlər eləmiş olsa da, yad biri deyil, azərbaycanlıdır.

P.S. Yeni gələn xəbərlərdə deyilir ki, müəllim daşınmaz əmlaklarının sənədlərini guya itirib. Havayı müqavimətdir, kötüyündən tapacaqlar.

Samir SARI
Musavat.com

Xəbər 647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +