Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri
“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”


05.01.2023  15:06 

“Azəriqaz” fırıldaq edir? - Foto





A+  A-

“Azəriqaz” dəqiq fırıldaq edir. Ancaq bu fırıldağın nədən ibarət olduğunu müəyyənləşdirmək və onu məhkəməyə vermək lazımdır. Əgər bu fırıldağın üstünü aça bilsəm, həm ictimailəşdirəcək, həm də məhkəməyə müraciət edəcəyəm. Dövlət vətəndaşı şübhəyə salır, aldadırsa, vətəndaşın onu güdməkdən və ifşa etməkdən başqa çarəsi qalmır. Ya da gərək başımızı aşağı salıb, məmur tayfasını yemləyək. Onlar yeyib kef eləsin, biz də zülm çəkək...

Dünən gələn bildirişdən belə məlum oldu ki, guya ay ərzində 628 kub (157 manatlıq) qaz işlətmişik. Günə 20 kubdan çox edir. Ancaq bu, real deyil. Niyə? Çünki illərdir eyni cihazlar işlədib, eyni miqdarda qaz yandırsaq da heç vaxt bu qədər olmayıb. Qazın kubu 10 qəpik olanda mən ay ərzində 45 manatdan çox qazpulu verməmişəm, bu isə 450 kub deməkdir. Yəni günə 15 kub. Ondan qabaq ümumiyyətlə ən soyuq aylarda cəmi 10 kub yazırdı. Sonradan mexaniki sayğacı smart sayğacla dəyişdilər və oldu gündə 15 kub. Daha sonra smartı yenidən mexanikiyə dəyişdilər və 5 kub da artdı. Belə çıxır ki, “Azəriqaz” hər dəfə sayğacları sərfiyyatı 5 kub artırmaq məqsədilə dəyişir.

Onu da bildirim ki, məntiqlə bizim qaz sərfiyyatımız azalmalıdır. Çünki son iki ildə “Ceyran” peçini İran sobasına dəyişmişik ki, deyilənə görə, ikinci daha az yandırır. Həm də biz onu ən aşağı xodda saxlayırıq. Amma “Ceyran” peçinə tam xod verirdik, çünki istiliyi daha az olur. İkincisi, mətbəxdəki 4 gözü də 3 gözə dəyişmişik. Yəni bir gözü elektriklədir. Ancaq “Azəriqaz”ın bildirişinə görə, guya 10 il ərzində biz sərfiyyatı 2 dəfə artırmışıq. Hamamdakı samovarı da bu evdə yaşayandan eyni qaydada yandırırıq. Nə azaltmışıq, nə də artırmışıq.



Dünən elə bu vaxt bildirişi alanda sonra son göstərici 4745 idi. İndicə baxdım, 4756-dır. Deməli, sutka ərzində cəmi 11 kub sərf olunub. Amma “Azəriqaz”ın bildirişindən belə çıxır ki, gündəlik sərfiyyat 20 kubdur.

Noyabr ayında cəmi 275 kub sərf etmişik, oktyabr ayında da 100 kub. Necə oldu ki, dekabrda birdən-birə bu qədər artdı? Ən aşağı xodda yandırdığımız İran sobası bu qədər yaza bilməz axı...

“Azəriqaz”ın bildirişlərində onun yazıldığı tarix göstərilmir. Yalnız son ödənilən məbləğin tarixi göstərilir. Bu da düşünürəm ki, abunəçiləri çaş-baş salmağa hesablanıb. Yəni fırıldağın tərkib hissəsidir.

Mənim bircə çıxış yolum qalıb. Gərək sayğaca hər gün baxıb sərfiyyatı yazam. Neyləyək, başqa çarə yoxdur. Ya bunlara bac-xərac ödəyib başımıza çıxarmalıyıq, ya da dallarınca düşüb güdməliyik...

Nadir Qocabəyli

Xəbər 625 dəfə oxunub.




12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +