Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


02.01.2023  13:30 

Naxçıvanlılar yeni nazirdən şikayətçidir: “Kobud, nəzakətsiz və aqressiv davranır“





A+  A-

Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətovun qəbulunda olan şikayətçilər, onun davranışlarından narazı olduqlarını dilə gətiriblər.

XəzərNews.az xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a dekabrın 31-də qəbulda olan sakinlərin özləri məlumat verib.

Şikayətçilər deyir ki, yeni nazir onlarla nəzakətsiz və kobud davranıb, qaldırılan problemlərin həll edilib-edilməyəcəyi ilə bağlı isə konkret danışmayıb. Onlar deyir ki, qəbulda əsasən müxtəlif vaxtlarda baş vermiş polis zorakılığı, şöbələrdə psixoloji və fiziki təzyiq, rüşvət və digər hallar ilə bağlı olub.

Babək rayon sakini N. Həsənov (ad şərtidir) deyir ki, qəbula düşmək üçün, bir neçə dəfə nazirliyə getməli olub:

"Cümə axşamı dedilər ki, qəbul şənbə günü olacaq. Sevincək getdim ki, dərdimi danışım. 16 nəfəri eyni anda qəbul etdi. Ancaq özünü təriflədi, şikayətçilərə danışmaq üçün yaxşı imkan yaratmadı. Çox kobud, nəzakətsiz və aqressiv davranırdı. Əvvəlki nazirlərdən də betər. Köhnələr yeni nazirdən daha mədəni idilər. Belə görürük ki, Naxçıvandakı dəyişikliyin sadə camaata heç bir müsbət təsiri olmayacaq. Sadəcə, əl dəyişdi".

Adının çəkilməsini istəməyən digər şikayətçi də qəbuldan narazı çıxdığını deyir:

"Mənim şikayətim polisdəki rüşvətlə bağlı idi. Sözümüzü axıra kimi çatdırmağa imkan vermirdi. Bizi heç, normal dinləmək də istəmirdi. Yeni dəyişikliklərlə bağlı bütün ümidlərimiz puç oldu. Heç, demədi ki, problem həll olacaq ya yox. Görünür rüşvət bunların həssas yeridi. Həll olunmasını istəmirlər"

* * *
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir. Bu barədə Azərbaycan Respublikası DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcəkdir.

Muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.




Xəbər 700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +