Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


28.12.2022  15:06 

“Məktəblinin dostu” özlərini məktəbin ağası kimi aparır





A+  A-

İllər öncənin söhbətidir. Adətimiz üzrə həm də təhsil sahəsindəki qüsurlardan, yaxud da bəyənmədiyimiz hallardan yazırdıq. O cümlədən də “məktəblinin dostu” adlı layihə ilə bağlı tənqidi fikirlərimizi yazmışdıq. Başımıza nələr gəlməmişdi bundan sonra?

Böyük bir ordu şəxsimə sosial media üzərindən elə bir hücum təşkil etmişdi ki, mən deyil, başqası olsaydı bəlkə də intihar edərdi. Hələ onu da deyim ki, özüm bir yana, ailəmi belə hədəfə almışdı bu parazit sürüsü!

Onda da diqqətimi bir məqam çəkmişdi. Amma üzərinə çox da getməmişdim. Düşünmüşdüm ki, yəqin bunu düşüncəsizlikdən, yaxud da başqa üsul tapmadıqları üçün edirlər ki, məni susdursunlar. Amma bilənlər bilir ki, şəxsimi susdurmağın tək yolu qoyulan suallara açıq və şəffaf, ağlabatan cavab verməkdən keçir…

Aradan illər keçib. Yenə də “məktəblinin dostu” ilə bağlı narahatlıqlar qalır. Bunu da havadan demirəm. Bilənlər bilir ki, ölkənin hər tərəfində təhsil sistemində işləyən insanlarla geniş əlaqələrim var. O cümlədən də Bakı şəhərində. Çoxsaylı dostlarım arasında məktəb direktorları, müəllimlər, hətta təhsil idarəetmə qurumlarında işləyənlər “n” qədərdir. Yəni əl atsam əllisi, təhsillə bağlı ən etibarlı mənbələrdən ən gizli məlumatları belə almaq imkanım var.

Təhsil sistemindəki əlaqələrimi dostlarım da yaxşı bilir. Onu da bilirlər ki, gərək olanda problemlərin üzərinə çəkinmədən gedə bilirəm. Məhz bunu nəzərə alaraq məktəblərdə işləyən və mənə ürək qızdıran insanlar problemləri haqqında da danışırlar. Mən də anonimliyi qorumaq şərti ilə məsələləri ictimailəşdirirəm ki, məktəbin-müəllimin nüfuzunun yüksəlməsinə az da olsa töhfə verim.

O cümlədən də bu “məktəblinin dostu” adlı şübhəli təşəbbüslə bağlı çoxsaylı dostlarımdan çoxsaylı müraciətlər alıram. Bir qayda olaraq şikayətlər ondandır ki, bu “dost” kimi yerləşdirilən uşaqlar az qala özlərini məktəbin ağası kimi aparır. Bunların vəzifəsi, bəyan edildiyi kimi, şagirdlərə həyan olmaq, onların əlindən tutmaqdır. Amma gerçəkdə müəllimləri belə güdürlər. Hətta bir müəllim tanışım deyir ki, dərs vaxtı anidən təbii ehtiyac üçün bayıra çıxanda belə qaça-qaça gəlirlər ki, niyə dərsdən çıxdın? Yəni bu uşaqlar qos-qoca müəllimlərin başının ağasıdır sanki. Özü də bəzən bunlar kobud və əmr tonlu davranışlarını kollektiv önündə edərək yenə də müəllimləri gözdən salırlar. O baxımdan şagirdlərin də əl-qolu açılır, hətta müəllimləri “məktəblinin dostu” ilə hədələyirlər…

İndi bu fikirləri bizə, qeyd etdiyim kimi, məktəblərdə işləyən dost-tanış çatdırır. Hələ onu da əlavə edirlər ki, özləri belə məsələləri ictimailəşdirməkdən qorxurlar. Çünki ən adi tənqidi fikir səsləndirən müəllimlər yuxarı idarə tərəfindən qeyri-rəsmi tənbeh edilir, gözümçıxdıya salınır…

Əlbəttə, o da mümkündür ki, bəzən deyilənlərdə şişirtmə olsun. Hətta onu da mümkün sayırıq ki, bəd əməllərə qurşanmış, özəlliklə də məktəbdə pul yığmağa öyrəşmiş bəzi direktorlar əlavə nəzarətdən çəkindikləri üçün gözdənsalmaya da yol versinlər. Yəni hər şey mümkündür. Amma bütün bunlarla bərabər bu “məktəblinin dostu”nu az qala Azərbaycan təhsilinin xilaskarı kimi gözümüzə dürtənlər də var. Sanki bu “dostlar” olmasa təhsil batacaqmış! Batacaqsa, necə olur ki, “dostların” olmadığı minlərlə məktəbdə işlər yolunda gedir?..

Nə isə. Bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimai əlaqələrə məsul şəxsi Bəşarət Məmmədov “məktəblinin dostu” ilə bağlı bir paylaşım etmişdi. Mən də adəti üzrə tənqidi fikirlərimlə reaksiya vermişdim. Nə baş verdi? Dediyim kimi, hər cür pislik üstümə göndərildi! Bəli, məhz göndərildi! Heç məni tanımayan, ağzından süd qoxusu gələn uşaq-muşaq ortalığa atılıb nəinki özümü, hətta ailəmi də işin içinə qatdı, tərbiyəsizlik etdi və Bəşarət Məmmədov da bütün bunları susaraq izləməyə davam edir! Hələ özünün murdar xisləti ilə hər kəsin zəhləsini tökmüş bir etnik bölücünü də yenidən səfərbər edib üstümə göndərdilər bunlar! Azərbaycan təhsil sistemi o günəmi qaldı ki, belə aşağılıq, şərəfsiz, tərbiyəsiz adamları üstümə göndərirsiniz? Hələ saxta profillərdən hücum edənləri demirəm! Təbii ki, hamısını blokladım ki, əxlaqsızlıqlarını başqa yerdə etsinlər…

İndi də gələk başlıqdakı məsələyə. “Məktəblinin dostu”nu Azərbaycan hakimiyyətinə açıq düşmən münasibətdə olan Əli Kərimli ilə nə birləşdirir görəsən? Axı necə olur ki, məni “tənqid” edərkən həm Əli Kərimlinin adamları, həm də “məktəblinin dostları” eyni sözlərdən, eyni paylaşımlardan istifadə edir? Olmaya bilmədiyimiz gizli bir bağ var bunların arasında?

Məsələni bir az da açıqlayım. İllər öncə Əli Kərimlinin dəstəsi şəxsimi gözdən salmaq üçün özümün yaydığım videoları bir-birinə calaq edərək ictimai rəyi azdırmağa girişmişdi. Məqsədləri də bəlli idi. Azərbaycan hakimiyyətinin yanında, təvazökarlıqdan uzaq olsa da deyirəm, mənim kimi təcrübəli, qətiyyətli birisinin olmasını istəmirdilər. Ona görə də hər fürsətdə gözdən salmaq üçün durmadan çalışırdılar. Hətta sonrakı mərhələdə Prezidentin ovaxtkı köməkçisi Əli Həsənovla bağlılığım haqqında da bir şeylər uydurdular. Əlbəttə, hamısına təmkinlə yanaşdım, yeri gələndə cavab da verdim. Onu da öyrəndim ki, Əli Kərimli dəstəsinin bu kampaniyasını elə hakimiyyətin içindən qızışdıranlar da var. Yəni həm hakimiyyət içində, həm də müxalifətdə, özü də üzdə ayrı görünüb əməldə bir olan bir şəbəkə mən də daxil olmaqla Prezident İlham Əliyevə ən sadiq adamları belə kampaniyalarla cəmiyyətin gözündən salmağa çalışırlar. Dediyim kimi, bütün bunlara təmkinlə yanaşıb onların iştahalarını qursaqlarında qoymuşam həmişə. Halbuki məni əsəbləşdirib özümdən çıxarmağı hədəfləyirdi bunlar…

Sözümün canı odur ki, nə vaxt bu “məktəblinin dostu” haqqında bir cümlə tənqid yazsam məni heç tanımayan adamlar ortaya çıxıb məhz Əli Kərimli dəstəsinin uydurduqlarını tirajlamağa başlayır. Üstəlik, bunlara FETÖ uzantıları da açıq dəstək verir…

Konkret məsələdən yazıram, sual qoyuram, ona cavab vermək yerinə Əli Kərimli yöntəmi ilə üstümə gəlirlər. Bəzən olub ki, şəxsimi belə “tənqid” edənləri araşdırmışam. Bəlli olub ki, adam ümumiyyətlə mənim haqqımda məlumatlı deyil. Amma necə olub ki, haqqımda məlumatlı olmayan adamlar Əli Kərimlinin illər öncə istehsal etdirdiyi çirkin təbliğatla üstümə gəlir? Demək ki, onlara bu yolu göstərən var. Demək ki, o yolun bir başı da elə gedib Əli Kərimliyə çıxır. Çıxırsa, demək ki, təhsil sisteminin içində hakimiyyətə xəyanət edən, Əli Kərimliyə işləyənlər hələ də qalır!

Bu adamlar həm də əxlaqsızdır! Çünki, yuxarıda da qeyd etdiyim kimi, konkret məsələdən danışıram, gəlib mənim ailəmin müzakirəsini açırlar! Tərbiyəsizlik deyil də bəs nədir bu? Ay adamlar, mən sizə konkret suallar ünvanlayıram, cavab verin də! Cavab yerinə niyə Əli Kərimlidən sitat gətirirsiniz? Yaxud niyə ailəmlə bağlı müzakirə açırsınız?

Sonda bir daha “məktəblinin dostu” layihəsi ilə bağlı hər hansı qərəzə söykənməyən və bəzi şəxslərin yuxusuna haram qatan suallarımı birbaşa elm və təhsil nazirinə ünvanlı olaraq yazıram:

1. “Məktəblinin dostu” layihəsi ilə bağlı maliyyə hesabatları niyə ictimailəşdirilmir?

2. “Məktəblinin dostu” maliyyəni hansı mənbədən alır?

3. “Məktəblinin dostu” layihəsindəki gənclər nə qədər əməkhaqqı alır?

4. “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə tətbiq edilən total kamera nəzarəti niyə məktəbdən kənarda hansısa gizli mərkəzə bağlıdır və bunu zəruri edən nədir?

5. Ümumiyyətlə, məktəblərdə belə kənar nəzarət tətbiqi hansı zərurətdən irəli gəlir?

6. “Məktəblinin dostu” adı altında məktəblərə göndərilən gənclər nəyə arxayın olaraq təhsil müəssisəsində az qala bütün nəzarətə sahib olduqlarını göstərməyə çalışırlar?

7. “Məktəblinin dostu” çərçivəsində fəaliyyət hansı sənəd əsasında tənzimlənir?

Və lap sonda bir məsələyə diqqət çəkmək istərdik. Necə olur ki, dövlətimiz QHT-lərə ildə bir dəfə ayrılan 5-10 min manatın hesabatını qəpiyinə kimi tələb edir, ictimailəşdirir, amma bu “məktəblinin dostu” ilə bağlı eyni şəffaflıq yoxdur? Və necə olur ki, Maliyyə Nazirliyi, Hesablama Palatası və s. dəxli olan qurumlar bu məsələyə belə “təmkinlə” yanaşır?/Bayraqdarinfo.az

Azər HƏSRƏT,
Əməkdar jurnalist


Xəbər 525 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +