Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.12.2022  14:20 

Maliyyə alan saytlar nə iş görürlər: Heç nə!





A+  A-

Medianın İnkişafı Agentliyinin saytlara göstərdiyi dəstəyi həmişə təqdir etmişəm, bu gün də media üzərində dövlət nəzarətinin olmasının vacibliyini doğru hesab edirəm. Dövlətdən dəstək alan saytları da bir-bir və dəfələrlə təbrik etmişəm.

Amma zaman keçir və görünən budur ki, sayt rəhbərləri dövlət dəstəyindən sui istifadə etməklə başlarını girələyirlər. Tədbirlərdə, qonaqlıqlarda, gəzintilərdə şəkillər çəkdib paylaşmaq vicdanlı fəaliyyət deyil. Maliyyə alan saytlar nə iş görürlər? Birmənalı şəkildə deyirəm: Heç nə! Heç kəs də inciməsin. Sizə verilən pullar dədəniz yox, dövlətindir!

Həlledici məqamlarda ortada yoxsunuz, özünüzü heç kəslə pis etmək istəmirsiniz.

Amma hansısa tədbirə dəvət almasanız, tumanınızı başınıza keçirirsiniz. Əslində əcəb edirsiniz. Siz ağıllı adamlarsınız, başa düşürsünüz ki, fədakarlıq lazım deyil, min cür hiylələrlə, əlaqələrlə dövlətdən pul əkişdirmək sizin üçün daha alverişlidir. Milli məsələlərdə strateji fəaliyyət qura bilmirsiniz.

Hər gün məhəlli auditoriyaya hesablanmış xəbərlər maliyyələşən bütün saytların manşetlərini bəzəyir.

- Təhlil yox
- Araşdırma, reportaj yox
- Şərhlər biabırçı

Günü tərcümələrlə yola verirsiniz. 3-5 nəfər ənənəvi deputatdan və ekspertdən alınan kəllə-mayallaq açıqlamalarla işinizi bitmiş hesab edirsinizsə, yanılırsınız. Kəmiyyətə önəm verib gün ərzində 20 alayarımçıq xəbər dərc etməklə olmur. Bəs keyfiyyət?

Ayıbdır axı... Kimi aldadırsınız? Özünüzümü, yoxsa dövlətimi?

Hesab edirəm ki, Medianın İnkişafı agentliyi bu saytlarla çox humanist davranır. Artıq zaman yetişir, dövlətə, cəmiyyətə, xalqa fayda verməyən, ortaya ciddi məhsul qoya bilməyən saytlara son xəbərdarlıqlar edilməlidir, nəticə çıxarmayacaqlar təqdirdə maliyyələri kəsilməlidir. Ya da hər kəsin maliyyəsi kəsilsin, görək kim ayaq üstə dura bilir, kim yox...

Hansısa bir jurnalist, bloger sanballı materiallarla davamlı olaraq, gündəmi dəyişə bilir. Amma siz, bu boyda kollektivlə, vəsaitlə heç nə edə bilmirsiniz. İçinizdə 3-5 nəfərdən başqa müəllif yazısı yazmağı bacaran da yoxdur. Hansına irad tutursan, dərhal deyir ki, filan qədər İP-im var. Heç olmasa, bu şıntır "üstünlük"lə öz yarıtmaz fəaliyyətinizi ört-basdır etməyin də...

Medianın inkişafı Agentliyinə tövsiyə edirəm ki, bu sayt rəhbərlərinə pul qazanmağın yollarını öyrətməsin. Çünki onlar bu yolu daha yaxşı bilirlər, hətta lazım olsa, jurnalistikadan yox, pul qazanmağın yollarından özləri Agentliyə dərs deyərlər. Bunlar yeni növ media kapitanlarıdır, lazım olsa, sizi də dərəyə susuz aparıb susuz gətirərlər.

Deməyim odur ki, saytlardakı bu acınacaqlı duruma görə, müəyyən müddətdən sonra narazılıqlar başlayanda hamısının məsuliyyəti Agentliyin üzərində qalacaq. Bunlara nə var ki, birinci elə özləri Agentliyi ağ yuyub qara sərəcəklər, dərhal da manevr edib alternativ qucaq tapacaqlar.

Samir Feyruzov

Xəbər 640 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +