Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


26.12.2022  11:53 

Seymur Talıbovun bacanağı dindirilmək üçün Bakıya gətirilib





A+  A-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanov dindirilmək üçün Bakıya gətirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz paylaşım edib.

Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub.

Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb. Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.

Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir.

Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib.

Xəbər 2781 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +