Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


26.12.2022  09:58 

Saratov vilayətində PUA gərginliyi...





A+  A-

Hüquq-mühafizə orqanları Engels şəhərindəki hərbi obyektdə baş vermiş insidentlə bağlı məlumatları yoxlayır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlamanı Saratov vilayətinin qubernatoru Roman Busargin verib.

"Sosial şəbəkələrdə və mediada bu gecə Engelsdə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı məlumatlar yayılır. Şəhərin yaşayış massivlərində heç bir fövqəladə hadisə baş verməyib. Sakinlər üçün heç bir təhlükə yoxdur", - deyə o, Teleqram kanalında yazıb.

Busargin şəhərdən təxliyə ilə bağlı xəbərləri də təkzib edərək, bu məlumatı açıq-aşkar yalan adlandırıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyevin Ryazan vilayətindəki Diaqilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd etdiyini bildirib. Bütün pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin dağıntıların düşməsi nəticəsində üç əsgər həlak olub.

XəzərNews.az

Xəbər 2585 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +