Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


23.12.2022  12:16 

Deputat: “Məhkəmələrdən şikayətlər çoxdur“





A+  A-

“Azərbaycanda hüquqi islahatlar davam edir. Mütəmadi olaraq yeni hakimlərin təyin olunmasının şahidi oluruq”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili vurğulayıb ki, bu gün məhkəmələrin üzərinə düşən işlərin sayı çoxdur: “Buna görə də işlərə baxılması gecikir. Bu gün hüquq-mühafizə orqanları içərisində ən çox şikayət məhkəmələrdən daxil olur. Bu şikayətlər həm proseslə, həm ədaləsiz qərarla bağlıdır. Əgər vətəndaşın narazılığı polisdən, prokurordan yox, məhkəmədən olursa, deməli iş düzgün getmir".

Siyavuş Novruzov bildirib ki, Azərbaycandan Avropa məhkəmələrinə kifayət qədər şikayətlər daxil olur: "Buna görə dövlətimiz həmin insanlara vəsait ödəməli olur. Burada söhbət prosesin düzgün aparılmamasına görə olur. Düzgün aparılmayan prosedur varsa, artıq məhkəmənin çıxardığı qərar ədalətli ola bilməz".

Xəbər 1014 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +