Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


22.12.2022  14:27 

Expargo, Mover.az, Kango.az kimi karqo şirkətləri qanunları pozur





A+  A-

Artıq neçə illərdir ki, Azəraycan vətəndaşları bir çox istehlak məhsullarını onlayn şəkildə xarici ölkələrdən, xüsusən də Türkiyədən sifariş edirlər. Sifarişlərə daha çox geyim məhsulları daxildir ki, insanlar qiymət fərqi, çeşid çoxluğu və s. səbəbdən məhsulları xaricdən almağa üstünlük verirlər.

Bu prosesin nəticəsi olaraq Azərbaycanda son 5-6 ildə karqo şirkətləri yaranmağa başlayıb. İlkin araşdırmamıza görə, hazırda yerli bazarda bu xidməti həyata keçirən onlarla karqo şirkəti mövcuddur. Bu şirkətlərin əsas işi vətəndaşların xarici ölkələrdən sifariş etdiyi məhsulu öz xarici anbarlarına qəbul edib, onların ölkəyə gətirilməsi və müştərilərə çatdırılmasıdır.

Qeyd olunan xidmət sahəsinin həcmi böyüdükcə, zaman -zaman qanunvericilikdə də bu istiqamətdə müəyyən düzəlişlər edilib. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddənin 1.0.8-ci bəndinə əsasən lisenziya - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən təqdim olunan rəsmi sənəddir. Lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərəcək şəxslərə verilir. Qanunun 1 nömrəli əlavəsində "sürətli poçt xidməti” lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına aid edilib.

Burdan belə nəticəyə gəlmək olar ki, xarici ölkələrdən vətəndaşların məhsulunu ölkəyə gətirən bu şirkətlər də lisenziya əsasında faəliyyət göstərməlidir. Lisenziyaların əldə olunması üçün tələb olunan prosedurlardan biri də həmin poçt xidmətinin fəaliyyət göstərdiyi ticarət obyektləri vergi orqanında uçota alınmalıdır.

Ancaq araşdırmamız göstərir ki, bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər qanunu açıq-aşkar çeynəməklə məşğuldur.

Expargo, Mover.az, Kango.az kimi şirkətlərin filial ünvanları bölməsinə nəzər yetirdikdə məlum olur ki, bu şirkətlər yuxarıdakı qanunvericiliyin tələbini pozmaqla müştərilərə xidmət göstərirlər. Belə ki, bu şirkətlər müxtəlif ərazilərdə telefon dükanları, aptek, geyim, ərzaq mağazaları və s ticarət obyektlərinin daxilində müştərilərə poçt xidməti göstərirlər. Bu isə vergi qanunvericiliyinə görə yolverilməzdir.

Bundan başqa, bu kimi hallara görə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrində nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir.

Məsələ ondadır ki, bu şirkətlər qanunsuz fəaliyyət göstərdiklərini gizlətmirlər də. Öz saytlarında qeyri-qanuni fəaliyyət göstərdikləri ticarət obyektlərinin adlarını bir-bir qeyd ediblər, dəqiq küçə adreslərini və telefon nömrələrini də yazıblar.

Bu cür fəaliyyət göstərməklə yuxarıda adı çəkilən şirkətlər qanunvericilikdən yayınmaqla daha çox gəlir əldə etmək niyyətindədirlər. Çünki ölkəmizdə Azərpoçt xidmətinin bütün ölkə böyü daşınmaları həyata keçirmək imkanı var və qeyd edilən Expargo, Mover.az, Kango.az kimi şirkətlər bu imkandan yararlanıb, dövlətin büdcəsinə vəsait köçürməkdənsə, dolayı yollarla öz işlərini görmək və vergidən yayınmaqla məşğuldurlar.

Qaynarinfo məsələ ilə ilə əlaqədar Dövlət Vergi Xidməti ilə əlaqə saxlasa da, suallara cavab almaq mümkün olmayıb. Əməkdaşən iki gün ərzində quruma etdiyi aramsız zənglər cavabsız qalıb.

Yuxarıda adıçəkilən şirkətlərin də mövqeyini öyrənmək müşkülə çevrilib. Mover.az və Expargo-dan əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş verməyib. Kango.az isə sualları yazılı formada şirkətin email ünvanına göndərməyi xahiş edib. Bu suallara qısa müddət ərzində cavab veriləcəyi deyilsə də, 2 gün ərzində hər hansı şirkətdən hər hansı cavab almaq mümkün olmayıb.


Xəbər 1148 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +