200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.12.2022  10:20 

Vladimir Zelenski ABŞ-a rəsmi səfər edib





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfərə gedib.

XəzərNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də Facebook-da onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Ukraynalı müdafiəçilərin Baxmutdakı mövqelərinə baxış keçirəndən sonra Ukrayna prezidenti ABŞ-a rəsmi səfərə gedib", - deyə Nikiforov yazıb.

Vaşinqtonda Zelenski ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Dövlət başçısı iki ölkə arasında hərtərəfli əməkdaşlığı, xüsusən də Ukraynanın sabitliyini və müdafiəsini gücləndirmək, onun suverenliyini dəstəkləmək və ərazi bütövlüyünü bərpa etmək üçün müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, Zelenski ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

XəzərNews.az

Xəbər 1003 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +