Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


20.12.2022  13:13 

FHN bu sexin fəaliyyətini dayandırdı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakıda müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq metal əşyaların istehsalının həyata keçirilməsi barədə müraciət daxil olub.

FHN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, isthsal Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında fərdi sahibkar Əhədov Ramil Fərəməz oğlu tərəfindən aparılıb.

Müraciətlə əlaqədar dərhal Agentliyin müfəttişləri tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı istehsal sahəsində təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, qaz təsərüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirlərinin pozulduğu, əritmə sobasının ventilyasiya sisteminin olmadığı, sobadan ayrılan qaz və tüstünün açıq havaya buraxıldığı, əritmə sahəsində çalışan işçilərin texniki təhlükəsizlik üzrə təlimatlandırılmasının aparılmadığı müəyyən edilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, sexin fəaliyyəti dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar sexin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib. Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sex rəhbərliyinə təqdim edilib.

Xəbər 936 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +