Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


20.12.2022  12:12 

“Sülhməramlılar separatçılarla bizə qarşı təxribat həyata keçirməyə çalışdılar”





A+  A-

“Rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb. Sülhməramlılarla da monitorinq aparılması üçün razılıq əldə olunmuşdu. Razılığa görə, sülhməramlılar Azərbaycanın dövlət qurumları və yerli təşkilatlarına imkan yaradacaqdı ki, onlar gedib həmin mədənlərə baxış keçirsin. Amma sonradan buna imkan verilmədi. Daha doğrusu sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar”.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Qarabağın dağlıq hissəsində hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər:

“Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü qətnamələri icra etdi və biz Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədik ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. O ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. O baxımdan hesab edirəm ki, bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır və Azərbaycan bunu ən qısa zamanda edəcək. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər”.

Ceyhun Məmmədovun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, Azərbaycanın Qarabağın ermənilər yaşayan ərazilərinə girməyə haqqı var, bu təmin olunmadığı üçün rəsmi Bakı konkret addım atmağa məcbur qalıb:

“Andrey Volkov, separatçı Vitali Balasanyan və Ruben Vardanyan üçlüyünün məkirli niyyəti sayəsində azərbaycanlı mütəxəssislərin yerlərdə mineral yataqlarla bağlı monitorinq aparmasının qarşısı alındı. Hətta onlar Xankəndidə yaşayan erməniləri gətirərək, bu prosesə qarşı bir aksiya da təşkil etdilər. Bu gün Şuşa-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyanın da məqsədi odur ki, monitorinqlərə icazə verilsin”.

Ceyhun Məmmədov bildirib ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiyalar sülhməramlıların həmin ərazilərdə monitorinq aparılmasına razılıq verənə qədər davam edəcək:

“Eyni zamanda, QHT-lərin təşkil etdiyi bu aksiya beynəlxalq hüquq və fundamental əsaslara söykənir. Ona görə də, Ermənistan tərəfinin burada kimisə günahlandırmasına heç bir əsas yoxdur”.

Deputatın sözlərinə görə, bundan sonra Azərbaycana məxsus təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarına qətiyyən yol verilməyəcək:

“Azərbaycan buna göz yummayacaq. Dövlətimizin qətiyyətli mövqeyi sayəsində bu kimi hallara son qoyulacaq. Azərbaycan dövlətinin əsas hədəfi məhz öz ərazisində olan bütün məsələlərə tam nəzarəti özündə ehtiva edir. Qarşı tərəf bunu birdəfəlik anlamalıdır”.

“Hazırda bu istiqamətdə aksiya davam edir, bu aksiyanı yüksək qiymətləndirirəm. Aksiya azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin dinc tədbiridir. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsalar da, aksiyanın məqsədi bəllidir: Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə öz ərazilərimizdə qeyri-qanuni istismar olunan mədənlərə baxışın keçirilməsinə şərait yaradılsın.

Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır. Madam ki, bizə bunun üçün şərait yaradılmır, o zaman bir yolla biz öz məqsədlərimizə və hədəfimizə çatmaq istəyirik. Ən qısa şəkildə bizə şərait yaradılmalıdır ki, həmin ərazilərə baxış keçirək”, - C.Məmmədov əlavə edib.

Xəbər 546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +