Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


07.12.2022  12:36 

Türkün, talışın, ləzginin bir Vətəni var - Azərbaycan!





A+  A-

"Son Qarabağ savaşı Azərbaycanda etnik qarşıdurma yaradanlara cavab idi - bu Vətən uğrunda birlikdə ölməyə hazırıq".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Azər Rəşidoğlu çıxış edib.

A.Rəşidoğlu bildirib ki, hakimiyyətin nəzarətində olan bəzi jurnalistlərin "türk qanı" axtarışını bir türk olaraq pisləyirəm və bu manipulyasiyaya son qoyulmasını tələb edirəm:

"O cümlədən fars və rus ləhcəsi ilə danışan separatçıları pisləyirəm və "Vətən bölünməz" deyirəm. Əminəm ki, Qarabağ savaşında minlərlə şəhid verən qəhrəman talış qardaşlarımız bu təxribatın qarşısını özləri alacaq. Talışlar heç vaxt separatçı olmayıblar və Vətənə bağlı olduqlarını qanları ilə sübut ediblər. Türkün, talışın, ləzginin bir Vətəni var - Azərbaycan! Dünənə qədər Rusiyanı bizə Ana Vətən kimi sırıyan təxribatçılar bu gün "türk qanı"ndan danışır. Dünənə qədər susanlar bu gün "talışların hüququ"ndan danışır. Alınmayacaq! Yaşasın Azərbaycan!"

XəzərNews.az

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +