Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.12.2022  12:11 

İlahi Eşqə qovuşma məqamı nə zaman başlayır?





A+  A-

Anlamaq, idrak etmək nə bir bəxtiyarlıqdır, nə də tərki-dünyalığa aparan yol xəritəsi. Tamam ayrı şeydir, fərdlə cəmiyyətin heç zaman uzlaşa bilməyəcəyinin qətiləşən nidasıdır.

Son nəticədə hər ikisi itirir: cəmiyyət dərk edən –anlayan kamil şəxsiyyəti, kamil şəxsiyyət isə onu yetirən (yetişdirən) cəmiyyəti.

Ərəb oğlu Qeys kimi.

Qeys yaşadığı mühitin adi insanlarından biri idi; özü kimi adisinə - Leyliyə elə adicə bir gənc kimi aşiq oldu.

Qarşısına keçilməz sədlər çəkildi. Bununla barışmayan ərəb oğlu cəmiyyətdən təcrid olundu – cəmiyyət onu özündən uzaqlaşdırdı və nəhayətdə Məcnunlaşdırdı.

Sevgisi əlçatmaz olunca, insanlığın fövqündə durdu Məcnun. Leylini də sevgisilə ucaltdı. Beləcə, cəmiyyətlə Məcnun ayrı-ayrılıqda barışmaz, əks tərəfə çevrildilər.

“Çoxluq” təşkil edən cəmiyyət onu səhraya sürükləməyə bilməzdi.

Hələ cəmiyyətin daxilində ikən “boy” atan, fərdi sevgisini ilahiləşdirən, bu sevginin gücü ilə fərdilikdən fövqəlbəşərləşən, əsil eşqin Onda (Allahda) gizləndiyini anlayan, maddi dünyanın mahiyyətini dərk edən, dərk etdikcə cəmiyyətdəki çirkablıqlardan uzaqlaşaraq paklıq rəmzinə çevrilən insanın çirkablıq mühitində duruş gətirə bilməsi mümkünsüzdür.

Bundan o yana isə, ruhun şəhidlik məqamına yetişməsi – İlahi Eşqə qovuşma məqamı başlayır.

Bunu da hər kəs idrak edə bilməz...

Vasif HÜSEYNOV
XəzərNews.az


Xəbər 2455 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +