Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2022  11:23 

Kadırovu tənqid edən bloqer öldürüldü





A+  A-

Çeçenistan hökumətini tənqid etməsi ilə tanınan bloqer Tumso Abdurahmanov İsveçdə qətlə yetirilib.

Bu barədə məlumatı Çeçenistanın müxalif “1ADAT” teleqram kanalı yayıb.

Məlumata görə, çeçen bloqer dekabrın 2-si gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib. Bununla belə, hadisənin detalları açıqlanmayıb.

Bildirilir ki, ölkənin xüsusi xidmət orqanları Tumso Abdurahmanovun qardaşını təhlükəsizlik baxımından gizlədib.

Bloqerin qətlə yetirilməsindən bir gün əvvəl itdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, Abdurahmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə mübahisə yaşadıqdan sonra 2015-ci ildə Rusiyanı tərk edib. O, bu zaman İsveçdə siyasi mühacir statusu alıb. Çeçenistanda bloqeri “İŞİD”lə əlaqədə olmaqda ittiham ediblər. 2020 və 2021-ci illərdə Tumso Abdurahmanov və onun qardaşı Məhəmmədə qarşı sui-qəsd cəhdləri olub./“Qafqazinfo”

Xəbər 2480 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +