Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2022  11:08 

Şəmkirdə narkokuryerlərə qarşı əməliyyat...





A+  A-

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İrandan qeyri-qanuni yolla Şəmkirə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına (850 min manat) yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E. İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 2428 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +