İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


04.12.2022  18:30 

“Pəhləvanın salnaməsi” - Film təqdimatı





A+  A-

Masallıda, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nadir Yaqub oğlu Ağayevin (1935-1985) ömür yolundan bəhs edən “Pəhləvanın salnaməsi” adlı sənədli filmin təqdimatı olub.

XəzərNews.az xəbər verir ki, rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid valideynləri və qazilər, ağsaqqal və ziyalılar, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Təqdimatdan öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Pəhləvanın salnaməsi” filmi nümayiş edilib.

Ömrünün baharını bütün varlığı, canı, ruhu ilə seçdiyi və sevdiyi peşəsinə həsr edən idman fədaisinin həyat və fəaliyyətindən bəhs edən filmdə ustad məşqçinin yetirmələri - Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal Qərb Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımovun, Avropa çempionu, Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Əli Əliyevin, “Şöhrət” ordenli əməkdar bədən tərbiyəsi və idman xadimi Yaqub Məmmədov, tələbə yoldaşı, “Şöhrət” ordenli professor Şövqi Göyçaylının, həyat yoldaşı Raisə Ağayevanın idman tariximizdə şərəfli iz buraxmış, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş kamil mütəxəssis, xeyirxah insan, gözəl ziyalı Nadir Ağayev haqqında dəyərli fikirləri, xatirələri yer alıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmanımızın böyük himayədarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan, Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb.

Filmin ssenari müəllifi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev çıxışında Azərbaycan güləş məktəbinin layiqli övladı Nadir Ağayevin zəngin ömrünün müəyyən hissəsinə işıq salmış qısametrajlı sənədli filmini nəinki Masallı, cənub bölgəsi idmanının, ümumilikdə ölkə idman tarixinin şərəfli səhifəsi kimi yaddaşlarda qalacağına əminliyini bildirib.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Nadir Ağayevin yetirməsi Sucəddin Novruzov, yazıçı-publisist Nurəddin Ədiloğlu və başqaları çıxışlarında günbəgün tərəqqi edən güləşimizdə Nadir müəllim kimi ustad məşqçinin əvəzsiz xidmətini əks etdirən “Pəhləvanın salnaməsi” filminin maarifləndirici əhəmiyyət daşıdığını vurğulayıb, filmin yaradıcı heyətinə, eləcə də ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə ediblər.

Məlumat üçün bildirək ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin dəstəyilə ərsəyə gələn filmin ssenari müəllifi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

Sonda filmin çəkilməsində xidməti olanlara, eləcə də təqdimatın fəxri qonaqları – yunan-Roma güləşi üzrə veteran güləşçilər arasında dünya çempionatının gümüş medalçısı, Azərbaycan və Rusiya çempionu, beynəlxalq turnirlərin mükafatçısı Elgiz Məmmədova, Ümumdünya Şahmat Olimpiadasının qızıl medal sahibi Nərmin Abdinovaya, yeniyetmə boksçular arasında respublika üçüncüsü Arif Məcidova, bədii gimnastika üzrə beynəlxalq turnirin qalibi Ülkər Quliyevaya təşəkkürnamə və hədiyyələr verilib.

Akif VAQİFOĞLU
XəzərNews.az






Xəbər 933 dəfə oxunub.




19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +