İnzibati binalarda partlayıcı qurğular aşkarlanıb
Qarabağda 300-dən çox erməni separatçısı axtarışa verilib
Verilən məlumatlar həqiqəti əks etdirmir... - Baş prokuror
Aqil Abbas ermənilərdən niyə üzr istəyir?
Taksilərə dair yeni tələblər qüvvəyə mindi
Daha 30 ukraynalı uşaq Azərbaycanda...
BMT-nin missiyası Qarabağa gedib
7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub
Prezident Kley Mourini qəbul edib
Müsadirə edilən artilleriya qurğularının... - Videogörüntüləri


28.11.2022  11:55 

“Brimstone-2“ raketləri artıq Ukraynada...





A+  A-

Böyük Britaniyanın Müdafiə Nazirliyi Kiyevə lazerlə idarə oluna bilən yüksək dəqiqliyə malik "Brimstone-2" raketlərinin növbəti partiyasını verib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Britaniya Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində yerləşdirilib.

Çatdırılma növbəti yardım paketinin bir hissəsi kimi həyata keçirilib.

"Böyük Britaniya yardım paketinin bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrini "Brimstone-2" dəqiq idarə olunan raketlərlə təmin edib. Bu yardım Rusiyanın qarşısını almaqda həlledici rol oynayıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl “Teleqraf” qəzeti Londonun belə raketlərin bir partiyasını artıq Ukraynaya ötürdüyünü yazmışdı. Onların miqdarı və çatdırılma vaxtı məlum deyildi.

Yusif Əlican
XəzərNews.az


Xəbər 301 dəfə oxunub.



01.10.2023  10:05 

BMT-nin missiyası Qarabağa gedib


BÜTÜN XƏBƏRLƏR +