İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


26.11.2022  20:12 

Güney Azərbaycanda kürd problemi...





A+  A-

Heç bir etnik qrupa qarşı nifrət hissimiz yoxdur, ancaq Quzey Azərbaycan üçün ermənilər hansı problemdirsə, Güney Azərbaycan üçün də kürdlər eyni yerdə dayanır. Kürdlərin bu mənada təhdid siyasəti ilə tanış olmaq istəyirsinizsə, çox uzaq tarixdə deyil, 2010-dan bəri liderləri səviyyəsində ifadə etdikləri fikirləri izləyin...

PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “pyam.nu” internet resurslarında açıq şəkildə belə qeyd olunur: “Çaşmayın və əsla təəccüb də etməyin. Bilin ki, İraqdakı türkmanlara məxsus Mosul, Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstan Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa, Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı” projesinin tərkib hissəsinə çevriləcəkdir. Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da, hamısını geri alacağıq. Güney Azərbaycan adlanan coğrafi ərazidə işğal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz. Buna gücünüz yetməz. Azərbaycan adlanan bu torpaqlar əslində Kürdüstandır. Sizlər isə səlcuq türklərilə birlikdə Orta Asiyadan gələrək bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.

Quzey İraq Kürdüstan Milli Muxtariyyəti hökumətinin başçısı, Kürdüstan Yurdsevərlər İttifaqı Partiyasının lideri Mustafa Bərzani (yəhudi kürdüdür) kürdlərə məxsus “KurdTV” kanalındakı çıxışında Güney Azərbaycanla bağlı fikirlərini belə bölüşüb: “Milyonlarla kürdün haqq və hüququnu tapdalayanlar bilməlidirlər ki, borcları ödəmək zamanı gəlmişdir. Hamı anlayır və görür ki, artıq bütün kürdlər oyanmışlar. Bizə dəstək olan beynəlxalq güclərin sayəsində artıq biz zülmdən azadlığa qovuşmuşuq. Bizim strateji hədəflərimizin qarşısında sədd çəkərək durmuş Türkməneli (İraq Türkman vilayəti), Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlanan bölgələr köçərilərin işğalında əsrlərdiən bəri inləyən torpaqların da əsl sahibi olan kürdlərə qovuşmasına çox az qalıb. Kərkük, Urmu, Marağa, Təbriz kürd xalqının qəlbidir. Onları kimsəyə verməyəcəyik”.

Kürdlərə məxsus və İrana yönəlik “PukMedia” İnformasiya Agentliyinin açıqlamalarının birində qeyd olunur ki: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng, Həmədan, Əsədabad və Məlayir şəhərlərinə böyük köç dalğası başlanmışdır”.

Qərb ölkələrinin maliyyə dəstəyilə “Kürdüstana Qayıdış Hərəkatı” yeni təbliğatlara başlamaqla İranın dağlıq ərazilərində yaşayan bütün kürdlərə müraciəti: “Güney Azərbaycan, Kərkük, Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafət və Adanadan tutmuş Naxçıvan da daxil olmaqla hər yer Kürdüstandır”.

Bu qurumun “Kürdlərə xitab” bəyanatında PKK və PJAK-la yanaşı İraqdakı kürd təşkilatlarının da bölgə ilə bağlı perspektivdə duran planları açıqlanmışdır: “Qarabağ erməni qardaşlarımızın, Ərdəhandan (Türkiyə) tutmuş Qəzvinə (Güney Azərbaycan), Mosuldan (İraq Türkmanlarının ərazisi) Naxçıvan və Kəlbəcərədək bizim torpaqlardır (Azərbaycan Respublikası)”.

Gülşən Məmmədoğlu


Xəbər 584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +