Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


26.11.2022  15:46 

Gömrük Komitəsinin rəisi və maliyyə naziri həbs olunub?





A+  A-

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bugünlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirib. Verilən məlumata görə, Muxtar Respublikanın Gömrük Komitəsinin bir sıra əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər.

Bu barədə yayılan ən son informasiyada isə deyilir ki, Naxçıvan Muxtar Respublikası DGK rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin oğlu general-leytenant Səhət Həbibbəyli ilə Naxçıvan MR maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib. Qeyd olunur ki, hər iki vəzifəli şəxs Naxçıvan gömrüyündə aşkarlanan korrupsiya faktları ilə bağlı DTX-də ifadə vermək üçün paytaxta gətirilib.

Onu da nəzərinizə çatdıraq ki, Səhət Həbibbəyli və Rafael Əliyevin Naxçıvandan Bakıya gətirilməsi ilə bağlı müxtalif versiyalar səsləndirilir. Belə ki, bəzi məlumatlarda deyilir ki, onlar ifadələri alındıqdan sonra sərbəst buraxılacaq. Lakin bununla yanaşı, Naxçıvan Muxtar Respublikası DGK rəisi və Naxçıvan MR maliyyə nazirinin ifadə verdikdən sonra barələrində cinayət işinin açılacağı da yayılan informasiyalar sırasında yer alıb. Odur ki, onların bu tezliklə sərbəst buraxılacağı heç də inandırıcı görünmür. Bu versiyanı gücləndirən əsas məqam isə general-leytenant Səhət Həbibbəylinin atası, AMEA prezidenti İsa Həbibbəylinin Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatla bağlı verdiyi açıqlamada “Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, – deyə bildirməsidir. Əgər Səhət Həbibbəyli sözügedən yoxlamada əsas şübhəli şəxslərdən biri olmasaydı, o zaman atasının onunla əlaqə qurmasında hər hansı problem olmamalıydı. Deməli, yoxlama başladığı andan etibarən general-leytenantın telefonu əlindən alınıb. Əslində, məhz bu cür də olmalıdır. Çünki Səhət Həbibbəylinin telefon vasitəsiylə kiminlə və nə haqda yazışması, o cümlədən kimlərlə əlaqə saxlaması da aparılan yoxlamanın işinə ciddi mənada təkan verə bilər. Odur ki, qeyd olunanları nəzərə aldıqda, Naxçıvan Muxtar Respublikası DGK rəisinin və Naxçıvan MR maliyyə nazirinin Bakıya gətirilməsini onların həbsi kimi dəyərləndirmək daha doğru olar. Lakin bütün hallarda tam dolğun informasiya Dövlət Təhlükəsizliyi Xidmətinin məsələ ilə bağlı rəsmi məlumatından sonra bəlli olacaq./Hurriyyet.az

Xəbər 444 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +