Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


26.11.2022  10:47 

İnam, etibar və etimad... - Təşəkkürlər, cənab Prezident!





A+  A-

Dünən ölkə Prezidenti İlham Əliyev bu gün 75 yaşı tamam olan Madər Musayevi növbəti dəfə dövlətin Ali mükafatı ilə təltif olunması haqqında Sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Əliəsgər oğlu Musayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Əlbəttə, hər bir insanın yaşadığı ömür ona həm bu dünyasını, həm də axirətini qazandırır. Elə buna görə də insan – adam olmağın çətinliyi barədə tez-tez eşidirik. Bu çətinliyə sinə gərib ləyaqətli insan kimi şərəfli yol keçən bir çoxlarımız yaşının azlığına, çoxluğuna baxmayaraq çox böyük hörmət sahibi olur.

Azərbaycana rəhbərlik edən qurucu insan, dövlətçilik və idarəçilik təcrübəsi, səriştəsi qazanmış, ölkənin gələcək siyasi fəaliyyəti üçün yeni milli perspektivli xətt müəyyənləşdirən Prezident Cənab İlham Əliyevin aşağıdakı fikirləri Hacı Madər Musayevin də fəaliyyətinin əsasını təşkil edir: “Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar”.

Prezident Cənab İlham Əliyevin bu tezislərini ictimai-siyasi fəaliyyətinin ana xəttində çevirən Madər Musayev təkcə seçildiyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi hüdudlarında deyil, ümumilikdə Binəqədi rayonunda bir sıra sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsinin təşəbbüskarı olub.

Madər Musayev millət vəkili kimi seçildiyi Binəqədi rayonu ərazisində insanların bir çox problemlərinin həllində şəxsən iştirak edir. Seçiciləri ilə vaxtaşırı görüşür, onları narahat edən məsələlərə birbaşa müdaxilə edərək, qanun çərçivəsində həllinə çalışır.

90-cı illərin əvvəllərində - Azərbaycan tarixinin ən çətin dönəmlərində və ölkəmizin məşəqqətli günlərində Madər Musayevin şəhid ailələrinə, ümumiyyətlə, yardıma ehtiyacı olan insanlara münasibətdə göstərdiyi həssaslıq, böyük ürək yanğısı, maddi və mənəvi köməklik əsl vətənpərvərlik və vətəndaşlıq örnəyi olub.

1988-ci ildə Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımız paytaxt Bakı şəhərinə, eləcə də onun doğulub boya-başa çatdığı Binəqədi rayonunun ərazisinə pənah gətirəndə Madər Musayev qəlbinin səsi və ürəyinin hökmü ilə onlara həyan durub.

Hacı Madər Musayev 1988-ci ildən etibarən, ənənəsinə sadiq qalaraq, hər il bütün bayramlarda öz sevincini deputat seçildiyi Binəqədi rayonunda yaşayan aztəminatlı və şəhid ailələri, əlillər, bir sözlə mənəvi qayğıya ehtiyacı olan insanlarla bölüşür. Millət vəkili xalqımız üçün əziz olan Novruz bayramında və Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə, eləcə də müsəlman dünyasının müqəddəs Ramazan və Qurban bayramlarında Binəqədi rayonunun aztəminatlı təbəqədən olan sakinləri ilə bayramlaşır, onlara bayram sovqatlarını çatdırır.

Təsadüfi deyildir ki, bir neçə dəfə eyni dairədən - 10 saylı Binəqədi 3-cü Seçki Dairəsindən Milli Məclisə seçilən Madər Musayev demək olar ki, hər gün öz seçiciləri ilə ünsiyyətdə olur, sakinlərin qarşılaşdıqları problemlərin, çatışmazlıqların həlli istiqamətində müvafiq işlər görür. Seçildiyi doğma kəndində yaşayan yeganə millət vəkili olaraq Hacı Madər Musayevin bir şüarı var: “Mənim vədim indiyədək gördüyüm işlərdir və ömrümün sonunadək xeyirli işləri və əməlləri davam etdirəcəyəm”.

İnam və etibarın nəticəsi göstərilən etimadı doğrultmaqdır. Əgər, sənə inanırlarsa, demək, hər bir işdə düzlük və səmimiyyətin əsas meyar olduğu özünü təsdiq etmiş olur. İndiyə kimi məhz, Binəqədi rayonundan seçkilərə qatılaraq seçicilərin rəğbətini qazandığını bəyan edən Madər Musayevin fikirləri də bunu bir daha təsdiqləyir: “Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin bir adam kütləni heç vaxt dəfələrlə aldada bilməz. Bir neçə dəfə eyni ərazidən ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan səmimi münasibətim olub. Ötən bu illərdə dövlətimizə güvənərək seçicilərin problemlərinin həllində hökumətin hər cür dəstəyindən istifadə etmişəm”.

Hacı Madərin millət vəkili kimi fəaliyyəti zamanı xüsusi təşəbbüskarlıqla reallaşdırılan işlərin bir hissəsini nəzərdən keçirdikdə yuxarıda deyilən sözlərin, götürülən öhdəliklərin necə həyata keçirildiyinin canlı şahidləri oluruq. Burada bir məqamı da xüsusilə vurğulamaq istəyirik ki, ölkə rəhbərliyinin müvafiq tezislərini həyata keçirməyi öz fəaliyyətinin ana xəttinə çevirən millət vəkilinin xüsusi təşəbbüskarlıqla gerçəkləşdirdiyi sosial-infrastruktur layihələr təkcə təmsilçisi olduğu Seçki Dairəsinin seçicilərinin yaşadığı əraziləri deyil, ümumilikdə Binəqədi rayonunu əhatə edir. Bir məqama isə xüsusi diqqət verməyinizi istərdik: bu, görülən hər bir işin arxasında insan amilini yüksək dəyərləndirən, vətəndaşın həyat səviyyəsinin azacıq da olsa yaxşılaşdırılmasına, təhlükəsinin təminatına yönəlik addımlar, layihələrdir. Burada “iş görmək xatirinə iş görmək, baş qatmaq, özünüreklam” kimi yersiz nəsnələrin heç birinə rast gələ bilməzsiniz.

Əlbəttə, bütün bunlar seçicilərin Madər Musayevə inamının bariz təzahürüdür ki, o, bu qədər müddətdə insanların etimadını ləyaqətlə doğrulda bilib.

O, Prezident Cənab İlham Əliyevin uğurlu siyasətinin nümunəvi təbliğatçısı kimi hər zaman seçicilərinin yanında olub. Ölkəmizin inkişafından, uğurlarından Binəqədi sakinlərinin – bilavasitə seçicilərinin bəhrələnməsinə kömək edib.

Madər Musayevin təşəbbüsü ilə son illər Binəqədi və Biləcəri qəsəbələrinin sakinləri və rayon üçün dövlət tərəfindən görülən bəzi işlərə nəzər salsaq, onun öz vədinə necə əməl etdiyinin bir daha şahidi olarıq. Dövlətin imkanlarına arxalanaraq istənilən səmərəli və faydalı bir işin görülməsinə yardımçı olan Madər Musayev bu missiyanı illərdir uğurla davam etdirir.

Onun müvafiq dövlət qurumları qarşısında irəli sürdüyü təkliflərdən biri kimi, ötən il Binəqədi qəsəbəsinin mərkəzində ümumi uzunluğu 78 metr olan yeraltı piyada keçidinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini göstərmək olar. Bu piyada keçidinin çıxışlarından biri 2300 şagirdin təhsil aldığı 179 nömrəli tam orta məktəbin qarşısına, digəri isə qəsəbənin mərkəzində hərəkətin sıx olduğu meydana çıxır. Yeraltı piyada keçidi bu ərazidə sakinlərin və məktəblilərin rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır. Əlillərin bu keçiddən istifadə etməsi üçün də xüsusi hərəkət zolaqları yaradılıb. Müasir tələblər səviyyəsində inşa olunan keçiddə işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılıb ki, bu da insanların rahatlığının təminatına xidmət edir.

Hacı Madər Musayevin belə təşəbbüslərindən biri isə paytaxtın əsas avtomagistrallarından olan Azadlıq prospektinin Binəqədi rayonu ərazisində - Rəsulzadə qəsəbəsindən keçən hissəsində yeni istifadəyə verilən yerüstü piyada keçidinin tikilib istifadəyə verilməsidir. Nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin sıx olduğu ərazidə inşa olunan keçidin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib.

Madər Musyevin təşəbbüsü və dəstəyi ilə rayonun 9 və 9a mikrorayonlarının, eləcə də Biləcəri qəsəbəsinin ərazisində yerləşən bir sıra çoxmənzilli yaşayış binalarında əhalinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Madər Musayevin Biləcəri qəsəbəsində əsas yolların kompleks şəkildə yenidən qurulması istiqamətində təşəbbüsləri də müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanıb. Ümumi uzunluğu təqribən 5 km yaxın olan Y.Hüseynov və X.Natavan küçələri tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Bu yollara müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, yol boyu yeni səki daşları düzülüb, işıqlandırma və kommunikasiya xətləri yenilənib.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Madər Musayevin təşəbbüsü ilə rayonun Biləcəri qəsəbəsində, məhəllə 50-57/68 ünvanında - 11-ci binanın qarşısında və 9-cu mikrorayon ərazisində yeni xeyir-şər evləri tikilərək istifadəyə verilib.

Ayrı-ayrı küçə və binaların həyətyanı sahələrinin abadlaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və yolların asfaltlanması istiqamətində də sakinlərin müraciətlərini cavabsız qoymayan millət vəkilinin təklifləri əsasında Binəqədi qəsəbəsi ərazisində müvafiq işlər görülüb. Belə ki, 43-cü korpusda, Gülüstan yaşayış massivində və Binəqədi kənd məscidinin ətrafındakı küçələrdə asfalt örtüyünün dəyişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük sevinc və razılıq hissi ilə qarşılanıb.

Madər Musayev Prezident Cənab İlham Əliyevin hər zaman milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə verdiyi mühüm qiyməti əsas götürərək bu dəyərlərin Binəqədi rayonunda da qorunmasında yaxından iştirak edir. Belə ki, 2012-ci ilin iyun ayından etibarən, bərpasına başlanılan və ötən il istifadəyə verilən Binəqədi qəsəbəsindəki bir əsrdən çox tarixi olan Mədəniyyət Evinin əsaslı təmirində Hacı Madər Musayevin xidmətləri danılmazdır. Hazırda, 8 müəllimin çalışdığı kurs və dərnəklərdə 80-nə qədər uşaq məşğul olur. Bu da mədəniyyətimizin inkişafına bir tövhədir.

2020-ci ildə Binəqədi “Cümə” məscidinin yenidən qurulması və əhalinin istifadəyə verilməsi də Hacı Madərin maddi və mənəvi dəstəyi ilə olmuşdur.

Hacı Madər Musayev tələbələrə, idmançılara və istedadlı gənclərə də hər zaman dəstək olur.

Madər Musayevin yaxından köməkliyi ilə rayonun 9-cu mikrorayon ərazisində yerləşən 219 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra balaca sakinlərin ixtiyarına verilib.

Hacı Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti daim dövlətimizin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Bu vaxta qədər çox sayda mükafatlara layiq görülən Madər Musayev üçün ən dəyərli mükafatlar Prezident Cənab İlham Əliyev tərəfindən verilən “Şöhrət”, “Şərəf”, “Vətənə xidmətə görə” ordenləridir. Bu, dövlət başçısının ona olan yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir. Özü də elə dünən dövlət başçısının onu növbəti dəfə Ali mükafatla - 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edəndən sonra belə demişdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətimə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Prezidentin bu Sərəncamı üzərimə daha da məsuliyyət qoyur. Hər zaman dövlət başçımızın etimadını doğrultmağa çalışacağam və bu istiqamətdə əlimdən gələni əsirgəməyəcəyəm!

Təşəkkürlər, cənab Prezident!”

Qoşqar Hümbətov
XəzərNews.az



Xəbər 514 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +