“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.11.2022  17:45 

Prokuroru şantaj edən Sahilə Məmmədova da həbs olundu





A+  A-

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclas 45 dəqiqə gec başlayıb. Buna səbəb təqsirləndirilən şəxslərdən biri - ev dustaqlığında olan Sahilə Məmmədovanın gecikməsi olub.

Hakim məhkəmədə bildirib ki, xanım əvvəlki iki prosesə gəlməyərək məsuliyyətsizlik göstərib. Ona görə də onun barəsində qətimkan tədbiri dəyişdirilməlidir.

Dövlət ittihamçısı və vəkillər qətimkan tədbiri seçilməsi üçün məsələni məhkəmənin mülahizəsinə buraxıb. Zərərçəkmiş Tariyel Qurbanovun nümayəndəsi Adəm Məmmədov isə deyib ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmir. Buna görə də həbs olunmalıdır.

Hakimlər müşavirə keçirib və Sahilə Məmmədovanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Digər təqsirləndirilən şəxslər isə ibtidai istintaq dövründə həbs edilmişdi.

Proses dekabrın 9-da davam etdiriləcək.

İstintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. Belə ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. Ü.Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda fotoları olduğunu deyib və pul tələb edib. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.

Qeyd edək ki, T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır./"Qafqazinfo"

Xəbər 951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +