Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.11.2022  14:04 

“Payız mundialı”: Effekti, faydası və üstünlükləri





A+  A-

Bədgümanlar DÇ-2022-yə dünya futbolu üçün itirilmiş fürsət kimi baxır və hesab edirdilər ki, Qətər və payızın sonu futbolun təntənəsi üçün lazımi yer və lazımi an deyil, odur ki, avantürist FİFA və onun eksperiment-turnirinin fiaskosu qaçılmazdır.

Amma futbol ona görə milyonların sevimli oyunudur ki, hər cür sürprizə səhnə ola, tabuları sındıra bilir. Yavaş-yavaş klassik futbolun “payız tamaşası”na isnişirik, çoxumuzun şübhə ilə yanaşdığı Qətər-2022-də ilk turdan dramatik matçların, bir dünya çempionatını aşacaq qədər superqəfil hesabların şahidi oluruq: Səudiyyə ərəbləri Messi və kampaniyası ilə “tanqo” oynayır, samuraylar “alman maşını”nı sındırır, favoritlər ümidləri puça çıxarır. DÇ-lərin ilk turlarına xas olmayan məhsuldarlıq da sevindirməyə bilməz - futbol qurmanlarının ləzzət alacağı cürbəcür feyerik qollar qapılara yol tapır. “Quru” hesablar var, amma qollar artıq yağış kimi yağır. Adətən DÇ-lər ikinci tur matçlarından sürət yığır, Qətərdə isə yerindən sıçradı...

Artıq demək olar ki, rəsmi Dohanın 300 milyard dollar xərclədiyi DÇ-2022 futbol tarixinə yalnız ən bahalı mundial kimi düşməyəşək. Bu çempionat əcaib matçlar və nəticələr vəd edir. Təbii ki, köhnə ulduzlar sönəcək, yeniləri parlayacaq. Ən başlıcası və kədərlisi isə, Qətərdə Messi və Ronaldu erasının bitəcəyidir. Messi Səudiyyə Ərəbistanı yığması ilə matçda varlığını ortaya qoya, oyunu öz üzərinə götürə bilmədi, əksinə meydanda itib-batdı. Amma son şansı hələ də qalır. 32 il əvvəl Argentina millisi İtaliyada keçirilən DÇ-1990-na dünya çempionu kimi gəlmişdi, amma Kameruna qarşı ilk oyunda Maradona və komandasının meydanda kölgəsi sürünürdü. Afrikalılara 1:2 hesabı ilə uduzduqdan sonra Maradona Maradona olduğunu göstərdi və komandasını finala daşıdı. Son qarşılaşmada almanlar yalnız penalti sayəsində DÇ Kubokuna sahib çıxa bildilər...

Noyabrın 26-da Meksika yığması ilə qarşılaşmada Argentina yığmasının kapitanı və modern futbolun fövqəlulduzu “Maradona, yoxsa Messi” sualının cavabını ya uzadacaq, ya da əbədi basdıracaq. Futbol parametrləri ilə yanaşsaq, Messidə hər şey var, tək çatışmayan “Tanrının əli”dir ki, o da Maradonanın bəxtinə düşmüşdü... Şənbə günü Messinin “son döyüşü” ola bilər, missiyasını tragik bitirərsə, çox təəsssüf!

DÇ-2022-nin başqa bir fərqli tərəfi futbolçuların sahədə daha energetik, atletik və effektiv görünmələridir. Hər halda, turnir ilk dəfə futbol sezonunun ortasında keçirilir, futbolçuların qablarındakı “barıt”ı hələ qurudur.

Futbol üzrə dünya çempionatları isti ayların bayramıdır. Hər halda azarkeşlər üçün belədir. İndi bu klassik fiestanı soyuq ayda yaşamağın fərqli effekti var: xəngəl-xaş mövsümündə “yay ovqatı”na düşürük...

Sürprizlər, sensasiyalar, futbol dramları hələ irəlidədir. Amma əyər-əskiklərinə, əcaib qalmaqallarına, oyunsatma iddialarına rəğmən artıq demək olar ki, Qətərdə keçirilən mundial alınır...

Qəzənfər Həmidoğlu

Xəbər 653 dəfə oxunub.



18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +