“Danışıqlar prosesi tənəzzülə uğrayıb“ - Siyasi şərhçi
İrandan Bakıya: “İsraillə əlaqələrdə diqqətli olun“
Yasamalda çoxmərtəbəli yaşayış binası yanır
“Əmlaklarımı satdırıb 22 milyon ödətdirdilər“
Vətəndaşlar nazirdən nə istədi? - Qəbul
Lukaşenko Vladimir Putinlə görüşəcək və...
Rus qızlarının Türkiyəyə axınının səbəbi açıqlandı
“Mən Nostradamus deyiləm” - Vitali Kliçko
Türk kəşfiyyatı Gülten Maturu həbs etdi
Vüqar Əliyev AZƏRTAC-ın sədr təyin edilib


22.11.2022  16:34 

Fərhad Əhmədov “həbsi”ndən danışdı - Açıqlama





A+  A-

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov barəsində yayılan məlumatlara cavab verib.

XəzərNews.az xəbər verir ki, iş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə “Qafqazinfo”ya göndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib və iti surətlə dərc edilməkdə davam etməkdədir. Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və “mənim casusluqda ittiham olunduğum” kimi absurd məlumatlar dərc edilib. Bildirirəm ki, mənim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım və ya mənə qarşı hər hansı bir ittihamın sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafinda əks-reklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyatı olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.

F.Əhmədov əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşı olması ilə yanaşı bir azərbaycanlı kimi istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətində, istərsə də biznes fəaliyyəti zamanı daim Azərbaycana qulluq edib: “Cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur. Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətləri mənə və məni tanıyan hər bir şəxsə məlumdur - məni xalqımın gözündə nüfuzdan salmaq, şərəfimi və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir”.

F.Əhmədov barəsində yayılan məlumatlar təkzib edilməzsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib.

Xəbər 459 dəfə oxunub.



28.11.2022  15:52 

Çin ABŞ-a etiraz etdi

28.11.2022  14:58 

DYP sürücülərə müraciət edib

28.11.2022  13:03 

Namazda hüzuri-qəlb nə deməkdir?

28.11.2022  12:16 

Mənəm günahkar...


BÜTÜN XƏBƏRLƏR +